Saleh Məmmədov AAYDA-nı BATIRIR... - mənfəəti 93% azalıb

29-06-2020, 19:21           
Saleh Məmmədov AAYDA-nı BATIRIR... -
2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 1 085,690 milyon manat gəlir əldə edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 8,85% çoxdur.

Ötən il qurumun xərcləri də əvvəlki illə müqayisədə 8,85% artaraq 1 085,689 milyon manat təşkil edib.

Son nəticədə Agentlik 2019-cu ili cəmi 1 230 manat mənfəətlə başa vurub. Bu isə 2018-ci ilə nisbətən 93% azdır.

Əvvəlki il olduğu kimi, ötən il də əldə olunmuş mənfəəti 20%-i dövlət büdcəsinə ödənilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.