ƏƏSMN məmurları ehtiyacı olanlara ayrılan yardımları mənimsəyir

3-07-2020, 16:50           
ƏƏSMN məmurları ehtiyacı olanlara ayrılan yardımları mənimsəyir
Teref.az yazır ki,koronavirus epidemiyası səbəbindən hökumətin qəbul etdiyi sosial yardım təyinatı üzrə ayrılmır. Yardımın ehtiyacı olanlara – müvəqqəti iş yerlərini itirənlərə və işsiz uçotunda olanlara verilməsi nəzərdə tutulsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) NK yanında Operativ Qərargahın müəyyən etdiyi 190 manatlıq vəsaitin məcburən işləməyənlərə verilməsinə təhkim edilsə də, gerçəkdə ƏƏSMN məmurlarının sosial “koronavirus yardımları”nı çeşidli imtina bəhanələri ilə mənimsəmələri bəlli olur. Bu imtina bəhanələrindən ən geniş yayılmışı işsiz kimi uçotda olan şəxsin “aktiv VÖEN -in müəyyən edilməsi”, yəni işsizin əslində işləməsidir. Bəhanənin absurdluğuna fikir verin, ƏƏSMN -in məşğulluq mərkəzində işsiz uçotunda olan şəxsi ƏƏSMN (!) işçi kimi qələmə verir?! Belədə deyirlər, işsizdirsə necə işləyir, yox, işləyirsə, necə işsiz uçotundadır? Eyni zamanda, lap tutaq ki, kimsənin aktiv VÖEN -ini ƏƏSMN müəyyən edib, axı, bu VÖEN-in nömrəsini , kim bilməsə də, İqtisadiyyat Nazirliyinin (İN) Vergi Xidməti bilməlidir! Axı, VÖEN-i verən elə İN-in Vergi Xidmətidir! İndi “paradoksal” özbaşınalığa baxın, ƏƏSMN işsiz uçotuna aldığı şəxsin İN-in VÖEN-İ ilə işlədiyini bildirir, İN də VÖEN -lə “işlətdiyi” vergi ödəyicisinin VÖEN -ni bilmir ! (?) Və. .. 3-cü aydır sosial təminat hüququ pozulan şəxs (lər) nə İN-dən, nə ƏƏSMN -dən sözügedən özbaşınalığa aydınlıq gətirilməsinə nail ola bilir! (?) Heç bir cavab verilmir! Hətta Ombudsman da açı-aşkar hüquq pozuntusuna biganədir. Xətai rayonu, Neapol küçəsi, ev 18a, m. 11 ünvanında yaşayan , Xətai rayon məşğulluq mərkəzində işsiz uçotunda olan xanımın şikayətini Ombudsman Aparatı araşdırmaqdan imtina edib ki, öncə ƏƏSMN -ə müraciət edilməlidir . Halbuki vətəndaş elə ƏƏSMN -ə müraciətinə qanuna zidd cavab verilməsindən, indi isə 3-cü aydır ümumiyyətlə cavab verilməməsindən şikayətçidir. Eyni zamanda, 3-cü aydır İN yanında Vergi Xidməti də vətəndaşın VÖEN-ini müəyyən edə bilmir?

Bu faktlar karantin rejimində sosial yardımların da “karantinə alınması”nı ortaya qoyur. Özü də tibbi karantin rejimi müvəqqəti , “maskalı” olsa da, sosial karantin rejimi daimidir və “müalicəsi” də DTX-nın maskalılarının əlindədir.
Teref.z olaraq qarşı təfəi dinləməyə hazırıq!
Teref.az

Məğrur Bədəlsoy
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.