Bakıda molla Baku TV-nin çəkiliş qrupuna hücum etdi

8-07-2020, 13:27           
Bakıda molla Baku TV-nin çəkiliş qrupuna hücum etdi
Baku TV-nin əməkdaşları Yasamal rayonu ərazisində yerləşən və Yasamal qəbiristanlığı kimi tanınan ərazidə çəkiliş aparan zaman hücuma məruz qalıblar.

Oxu.Az xəbər verir ki, qəbiristanlıqda mollalıq fəaliyyəti ilə məşğul olan bir şəxs kanalın operatoruna hücum edib, ona müxtəlif bədən xəsarətləri yetirib.

Həmin şəxs hətta başqalarına da zəng edərək, bir daha hədə-qorxu gəlib.

Maraqlıdır ki, mollalıq fəaliyyəti ilə məşğul olan şəxs kimlərə güvənir?

Dəyən ziyan təkcə bununla da yekunlaşmayıb. Eyni zamanda, kanalın texniki avadanlıqlarına da ciddi ziyan vurulub.
Teref.az olaraq saytımızın səhifələrində Yasamal qəbirsanlığında baş verən qanunsuzluqlardan, qəbirsanlıq rəhbərliyinin heç kimi saymadığndan, heç kimdən qorxmadıqlarından çox bəhs etmişik. Yaxın günlərdə bu qdurğanlığın arxasında nəyin və ya kimin durduğunu araşdırıb oxuculara çatdıracağıq!
Teref.az
Ətraflı videonu təqdim edirik:
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.