323 ədəd svetofora texniki xidmət və təmir işləri 2 milyon manata başa gələcək.

9-08-2020, 11:12           
323 ədəd svetofora texniki xidmət və təmir işləri 2 milyon manata başa gələcək.
Avqustun 6-da elektron tender “Techmaster” MMC-ni (VÖEN: 2003756061) Bakı Nəqliyyat Agentliyinin şəhərdə svetoforların istismarına xidmətlərin alınması üzrə tenderin qalibi kimi müəyyən edib. Bu şirkət bu ilin mart ayında BNA ilə 1000-dən çox svetoforun təchizatı və quraşdırılması üzrə müqavilə imzalayıb.
Vahid Dövlət Elektron Satınalma Portalının məlumatına görə, BNA 323 svetoforun texniki xidmət və təmirinə ehtuiyacı var. Bu işə görə "Techmaster" MMC 2 milyon 69.5 min manat (1.2 milyon dollar) alacaq.
Mart ayında BNA və “Techmaster” MMC müxtəlif ölçülü 1030 svetoforun, o cümlədən Bakı şəhərinin inzibati ərazisində 110 ədəd 6 metrlik "Г" növünün alınması və quraşdırılması üçün 4,5 milyon manat (2 milyon 652 min ABŞ dolları) məbləğində müqavilə imzalayıb.
Bundan əvvəl BNA “Yol Nişan” şirkətindən (VÖEN 1304819001) 2017-ci ildə 767 min manata svetofor sistemləri satın almışdı.
"Techmaster" MMC 2016-cı ilin mart ayında 10 manat nizamnamə kapitalı ilə təsis edilib. Şəbəkədə bu şirkətin iqtisadi fəaliyyəti barədə məlumat yoxdur.turan.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru