Azərbaycana Bakı-Tbilisi-Qars-İstanbul qatarı üçün - Yataq Vaqonları Gətirilib

18-09-2020, 08:56           
Azərbaycana Bakı-Tbilisi-Qars-İstanbul qatarı üçün - Yataq Vaqonları Gətirilib
Azərbaycana Belarusdan "Stadler" şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib. Azərbaycan Dəmir Yolları QSC-nin fərdi sifarişinin ikinci partiyası "Stadler Minsk" QSC-də istehsal edilib.

FED.az xəbər verir ki, bu barədə "BELTA"ya "Stadler Misnk" QSC-nin reklam və marketinq kommunikasiyaları bürosundan bildiriblər.

Məlumata əsasən, sifariş çərçivəsində ilk 10 vaqon "Stadler" şirkətinin İsveçrədəki müəssisəsində istehsal edilib və 2019-cu ildə Azərbaycana gətirilib. İsveçrədən Azərbaycana vaqonlar təxminən iki həftə ərzində gəlib.
Bildirilir ki, növbəti 10 yataq tipli vaqonların da Azərbaycana gətirilməsi təxminən iki həftə çəkib - vaqonlar Belarus və Rusiyadan keçərək ölkəyə gəlib: "10 ədəd yataq tipli vaqonun birlikdə uzunluğu 264 metr təşkil edir. İki həftəlik yol zamanı "Stadler" şirkətinin əməkdaşları yataq tipli vaqonlarda yüksək səviyyədə komfort və hərəkət rahatlığını özləri də hiss edə biliblər".

Qeyd edilir ki, yeni yataq tipli vaqonlar Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Qars (Türkiyə) - İstanbul (Türkiyə) marşrutu üzrə beynəlxalq əlaqə üçün nəzərdə tutulub. (Trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru