Yeni şəxsiyyət vəsiqəsi belədir (FOTO)

17-05-2015, 12:15           
Yeni şəxsiyyət vəsiqəsi belədir (FOTO)
Azərbaycanda 15 yaşına çatmamış vətəndaşların elektron sağlamlıq kartlarında yazılmış informasiya yeni nəsil şəxsiyyət vəsiqələrində əksini tapacaq. ANS PRESS-in məlumatına görə, bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə əsasən, hazırda elektron kartlardakı məlumatların şəxsiyyət vəsiqələrinin çiplərinə hansı mərhələdə daxil ediləcəyi müəyyənləşdirilir.

Qeyd edək ki, elektron sağlamlıq kartları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və tibb müəssisələrinin pasiyentlərinə təqdim edilir.

Kartlarda vətəndaş haqqında şəxsi məlumatlar, tibbi və sosial sığorta və s. haqqında informasiyalar yer alır. İnformasiya tibb müəssisəsinin xidməti məlumatlarının operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru