“Offşor zonalarında yığılan kapitalı leqallaşdırmaq düzgündür, ancaq...”- Rəsul Quliyev

19-05-2015, 09:47           
“Offşor zonalarında yığılan kapitalı leqallaşdırmaq düzgündür, ancaq...”- Rəsul Quliyev
Azərbaycanda offşor zonalardan kapitalın geri qaytarılmasını nizamlayan (deoffşorizasiya) qanun layihəsi hazırlanır və artıq maliyyə offşorlarında yerləşdirilmiş kapitala aministiya verilməsinin hüquqi əsasları üzərində işlənilir. Bu barədə məlumatı fineco.az agentliyi yayıb
Bəs, görəsən, korrupsiya, rüşvətxorluq nəticəsində toplanan kapitala aministiya verilməsi nə dərəcədə doğrudur?
Moderator.az-ın suallarını cavablandıran eks-spiker nəzəri olaraq iqtisadiyyatımızın xilas formulu kimi görünən bu yolu praktik olaraq qeyri-mümkün hesab edir. Ona görə ki, “offşor zonalarda yığılmış kapitalı tapmaq, kimə məxsus olduğunu müəyyənləşdirmək, sonra bunun kriminal yolla əldə edildiyini sübut etmək illərlə vaxt aparan prosesdir. Əgər ofşor zonalarda kapital leqallaşdırılsa artıq 2015-ci ildə bu pullardan əldə edilən gəlirdən dövlət büdcəsinə ödənişlər olmalıdır, həm də bu pulların sahibləri ortaya çıxmalıdır. Yerdə ancaq bu pulun kriminal pul olduğunu sübut etmək qalacaq. Ona görə də bu zonalarda kapitalın leqallaşdırılması düzgün addım olardı. Ancaq mən əminəm ki, bu pulları leqallaşdıran insanlar Azərbaycanda tapılmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.