"Götür şələ-şüləni çıx get" - Elnarə Abdullayeva gəlinlərlə bağlı elə sözlər dedi ki... - Video

20-10-2019, 20:40           
"Götür şələ-şüləni çıx get" - Elnarə Abdullayeva gəlinlərlə bağlı elə sözlər dedi ki... - Video
"Gəlib qayınananın, qayınatanın sözünə baxmayacaqsansa, sənə verilən bu evdə rahat otura bilməyəcəksənsə, çıx get. Əgər qayınananın sözünü yeyə bilmirsənsə, qayınatanın sözünü həzm edə bilmirsənsə, götür şələ-şüləni çıx get".
Teref.az xəbər verir ki, bu sözləri Azərbaycanın əməkdar artisti, müğənni Elnarə Abdullayeva ATV-də yayımlanan "Gündən günə" verilişində deyib.

Xanım müğənni bu vəziyyətlə razılaşmadığını söyləyib.

"Mən ev almışamki sən gəlib mənim günümü qara edəsən? Mən bununla razılaşmıram. Sən gəlməmisən mənim evimi, ocağımı dağıt-duğut etməyə. Gəlin qayınana və qayınata ilə bir evdə yaşayırsa, orada sözsüz ki, qayınana və qayınatanın sözü keçir".

Qeyd edək ki, müğənninin bu sözləri sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Onun fikri ilə razı olanlar olsa da, bu fikri sərt şəkildə tənqid edənlər də az olmayıb. /BAKU.WS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru