Türkiyəli məşhur Bakıda azərbaycanlı xanımla evləndi – Cütlüyü “ata-bala” adlandırdılar - Video

8-11-2019, 10:42           
Türkiyəli məşhur Bakıda azərbaycanlı xanımla evləndi – Cütlüyü “ata-bala” adlandırdılar - Video
Türkiyəli tanınmış jurnalist Kərim Akbaş Bakıda dəbdəbəli toy edib.
“Yeni Sabah” xəbər verir ki, o, Əminə adlı azərbaycanlı gənc xanımla ailə qurub. Cütlüyün toyu paytaxt restoranlarının birində baş tutub. Məclisdə yerli şou-biznes nümayəndələri də iştirak edib.

Aparıcı Vüsalə Kərimova, müğənni Yaşar Cəlilov toydan görüntüləri paylaşaraq cütlüyü təbrik edib. Bu evlilik sosial şəbəkədə müzakirələrə səbəb olub. İzləyicilər bəyin yaşının çox olduğunu yazaraq cütlüyü “ata-bala” adlandırıblar.

Onu da qeyd edək ki, Kerim Akbaşa 2014-cü ildə 2 il 6 ay həbs cəzası verilib.

Toydan görüntüləri təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.