"Sadəcə olaraq o vaxt internet olmadığı üçün insanlar bilmir"

5-12-2019, 11:25           
"Sadəcə olaraq o vaxt internet olmadığı üçün insanlar bilmir"
Xalq artisti Flora Kərimova ilə ifaçı Afət Fərmanqızı arasındakı qalmaqal böyüyür.
“Yeni Sabah” xəbər verir ki, Afət Fərmanqızı xalq artistinə sosial şəbəkədən səslənərək verərək sərt fikirlər səsləndirib:
“80 yaşında poposuna alçipan yığdıran, sidik içən xalq artisti mənim ünvanıma deyir ki, “kişilərin artığı”. Xatırlatma edirəm, deyəsən, yaddaşında zəiflik var. rəhmətlik İlhamə xanım o cümləni məhz ona demişdi. Və quru palçıq divara yapışmaz. Hər bir normal, subay xanımın həyatında bir bəy olar. O zaman o xanım kişilərin artığı olmur. “Lər” şəkilçisi sənə aiddir. Özün bilirsən, cavan-cavan oğlanları evinə çağırmısan zamanında. Qonşularda məlumatlar var. Sadəcə olaraq o vaxt internet olmadığı üçün insanlar bilmir”.
Xatırladaq ki, bir neçə gün öncə Flora Kərimovanın ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində Afət Fərmanqızı ilə bağlı dediyi sözlər bu qalmaqalın başlanmasına səbəb olub: "Gedirəm "operasiya"ya. Gedim özümü bir az düzəldim. Nəsimini bərbad hala salan Afət var e, o demişdi ki, "Yatdım yuxuda Nəsimini gördüm. Dedi ki, oxu mənim mahnımı". Mən də yatdım, yuxuda bir də gördüm qurban olduğum Allah mənə deyir ki, "Mən səni belə yaratmamışam, belə də qəbul eləmirəm. Mən sənə 78 ildir dözürəm. Get özünü düzəlt, sonra gələrsən hüzuruma". Beynimə düşüb, vəssəlam".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.