Haluk Leventin Sura üçün verdiyi konsertdən nə qədər məbləğ yığılıb?

12-12-2019, 12:45           
Haluk Leventin Sura üçün verdiyi konsertdən nə qədər məbləğ yığılıb?
Türkiyənin məşhur rok ifaçısı Haluk Leventin leykemiya xəstəsi olan azərbaycanlı 22 yaşlı Sura Nadirova üçün Bakıda verdiyi konsertindən əldə olunan gəlir açıqlanıb.
Müğənni “Nargis Fund”un dəstəyi ilə keçirilən konsertdən hazırlanan videoda konsertin uğurlu və gözləniləndən də yaxşı keçdiyini bilidirib:
“Sevgili azərbaycanlı dostlarım, konsert çox yaxşı keçdi. Bu konsert İstanbulda müalicə alan Sura qızımız üçün idi. Gələn həftə əməliyyatı olacaq. Bakını çox sevdim. Yaxın zamanda bir daha buraya gəlmək istəyirəm. Azərbaycan xalqına təşəkkür edirəm”.

Haluk Levent konsertdən öncə təşkil olunan mətbuat konfransında bu təşəbbüsün həm bir həftə sonra ilik nəqli köçürülməsi əməliyyatına ehtiyacı olan Suraya dəstək, həm də iki qardaş milləti bir araya gətirmək, iki ölkənin digər sənətçilərini də bu cür iri miqyaslı xeyriyyə tədbirlərinə qoşulmağa səsləmək məqsədini daşıdığını bildirib. İfaçı konsertdə satılan biletlərlə yanaşı, bir neçə xeyriyyəçi insan sayəsində Suranın əməliyyat olunacağını söyləyib.
“Nargis Fund”dan Oxu.Az-a bildirilib ki, konsertin bilet satışından əldə olunan gəlir 41 400 AZN olub.
Qeyd edək ki, 22 yaşlı Sura Nadirovanın müalicəsi üçün 400 min türk lirəsi (116.500 manat) lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru