“Forbes” şou-biznesin ən zəngin sənətçilərinin siyahısını açıqladı

3-08-2020, 11:32           
“Forbes” şou-biznesin ən zəngin sənətçilərinin siyahısını açıqladı
ABŞ-ın məşhur “Forbes” jurnalı Rusiya şou-biznesinin ən zəngin simalarının siyahısını hazırlayıb.

REN TV xəbər verir ki, Rusiyanın ən zəngin şou-biznes nümayəndələrinin siyahısına “Leninqrad” qrupunun solisti Sergey Şnurov başçılıq edir.

Onun sərvəti 8,8 milyon dollar həcmində qiymətləndirilir.

İkinci sırada məşhur ifaçı Yeqor Krid qərarlaşıb. 26 yaşlı müğənninin gəliri 6,9 milyon dollar təşkil edir.

İlk üçlüyü 6,8 milyon dollar sərvəti olan müğənni Dima Bilan qapayır.

Siyahıda sonrakı yerləri Basta ləqəbi ilə tanınan repçi və prodüser Vasili Vakulenko (6,6 milyon dollar), Rusiyanın pop kralı Filipp Kirkorov (6,6 milyon dollar), müğənni Polina Qaqarina (6,4 milyon dollar) tuturlar.oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.