"Sənə sonda medal verəcəklər?"

26-10-2020, 16:15           
"Sənə sonda medal verəcəklər?"
Müğənni Səidə Sultanla prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb.

Yenisabah.az xəbər verir ki, Tolikin Əməkdar artist Mətanət İsgəndərlini konsert verdiyinə görə tənqid etməsi Səidəni qıcıqlandırıb. O, paylaşıma rəy yazaraq Tolikin şou-biznesə düşmən kəsildiyini bildirib:

“Tolik, niyə belə eləyirsən? Sənə sonda medal verəcəklər? Erməni bu xalqa düşməndir, sən də şou-biznesə düşmən kəsilmisən? Məqsədin nədir? Ərsiz qadındır, çörək pulu qazanır. İllərin sənətçisidir, niyə belə edib gözdən salmağa çalışırsan? Sən nə ilə? Nəyinlə? Haranla? Örnəksən bu xalqa? Bəsdir də, yekə adamsan. Xalq deyirsənsə, bu xalq kiminsə puluna, yaxşılığına qalmayıb! Hər kəs öz vedrəsini görməyi bacarsın. Qurtar bu söhbətləri. Yaxşılıq edirsənsə, et, özün üçün edirsən. Edib sonra başqalarını qınama. Sən Mətanətin nə çəkdiyini, evində, ailəsində nə baş verdiyini bilirsən?!”

Tolikin Səidəyə cavabı da gecikməyib. Prodüser Mətanət İsgəndərlinin bu addımının düzgün olmadığını bildirib:

“Mən sənin səhifənə gəlib deyirəm nəsə yazırsan? Sən bu dövlətə söz deyirsən bu ölkədə yaşamağıma nifrət edirəm. Sonra da gəlib mənə deyirsən? Mən sənə və bir çox müğənnilərə örnəyəm, istər karantində etdiyim yardımlarla, istərsə Silahlı Qüvvələrə keçirdiyim az da olsa 1000 manatla və üç cəbhə bölgəsinə getmişəm, Səidə. Bunu mən paylaşmayım, sən paylaşma, bəs kim desin? Mən Mətanət xanımın sənətindən danışmıram ki, mən etdiyi konsertdən danışıram və düşünürəm ki, düz edirəm. Sən heç yerdə oxumursan, qazanmırsan ölmürsən ki, acından? Nə məcburdur iki gün restoranda konsert verir?”

Qeyd edək ki, Əməkdar artist Mətanət İsgəndərlinin Türkiyədə restoranların birində konsert verməsi müzakirələrə səbəb olub. Sənətçi bu addımına görə tənqid atəşinə tutulub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.