Pokemonsevərlərə bəd xəbər - FOTO/VİDEO

26-03-2023, 11:54           
Pokemonsevərlərə bəd xəbər - FOTO/VİDEO
Yaponiyanın “Tokyo TV” telekanalı 26 il davam edən “Pokemon” cizgi serialının final seriyasını nümayiş etdirib.

Animasiya filmi ümumilikdə 25 mövsüm və 1 234 seriyadan ibarətdir.

Yayımlanan final epizodunda Eş adlı qəhrəmanın (Yapon versiyasında - Satosi) və onun dostu Pokemon Pikaçunun macəralarına son qoyulub.


Bununla belə, yaxın gələcəkdə Yaponiyada əfsanəvi kainata əsaslanan və “Pokemon Horizons” adlanacaq yeni serial nümayiş etdirilməyə başlanacaq. Tamaşaçılar yeni baş qəhrəmanlar qrupunu görəcəklər, lakin Eş və Pikaçunun da yeni macəralarda iştirakı istisna edilmir.
“Pokemon” 1996-cı ildə media nəhəngi “Nintendo” tərəfindən yaradılıb. Mövcud olduğu 26 il ərzində Pokemon televiziya seriallarının, anime filmlərinin, videolarının və kompüter oyunlarının qəhrəmanlarına çevrilib. Dostların macəralarından bəhs edən serial 192 ölkədə yayımlanıb.





Mənbə: Lenta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.