Müəllimlərin bu addımı naziri heyrətləndirdi

15-09-2019, 20:43           
Müəllimlərin bu addımı naziri heyrətləndirdi
Türkiyənin Təhsil naziri Ziya Səlcuqun müəllimlərlə bağlı yazdığı fikirlər sosial şəbəkədə geniş müzakirə olunmaqdadır.

Axar.az xəbər verir ki, nazir qəfildən məktəblərdən birinə girib müəllimlər otağına qalxdığını, zəng vurulduqdan sonra bütün müəllimlərin dərsə getdiyini yazıb.

"Zəng vuruldu, müəllimlər "cənab nazir, icazənizlə" deyərək, siniflərə getdilər. Nazir gəlib deyə uşaqları gözlətməyən müəllimlərə təşəkkür edirəm!" - təhsil naziri bildirib.

Onun bu fikirləri sosial şəbəkədə böyük maraq doğurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru