İŞİD-in ən təhlükəli 50 döyüşçüsü: Türkiyə ordusu addım-addım onlara yaxınlaşır

14-10-2019, 10:45           
İŞİD-in ən təhlükəli 50 döyüşçüsü: Türkiyə ordusu addım-addım onlara yaxınlaşır
ABŞ Suriyada onlarla təhlükəli terrorçunu saxlamağa məcbur qalıb.

Bunlar İŞİD terror təşkilatının ən təhlükəli döyüşçüləri siyahısında yer alan 50-yə yaxın şəxsdir. Bu şəxslər kürd silahlı birləşmələrinin nəzarətində olan ərazilərdəki həbsxanalarda saxlanılır.

Cebhe.info xəbər verir ki, bu barədə “The New York Times"a bir neçə yüksək rütbəli amerikalı məmur məlumat verib.

Məlumata görə, ABŞ onları əvvəlcədən müəyyən olunmuş plana əsasən Suriyadan çıxartmaq istəyib, ancaq Türkiyənin başlatdığı "Sülh çeşməsi" əməliyyatı buna mane olub.

Qəzet iddia edir ki, bazar günü 700-ə yaxın ekstremist öz ailəsi ilə Suriyanın şimalında müvəqqəti saxlanma yerindən qaçıb.

Xatırladaq ki, Türkiyə əmliyyatı oktyabrın 9-da başladıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.