“Verilən vədlərə əməl olunmazsa...” - Ərdoğan xəbərdarlıq etdi

19-10-2019, 00:00           
“Verilən vədlərə əməl olunmazsa...” - Ərdoğan xəbərdarlıq etdi
"Verilən vədlərə əməl olunmazsa, 120 saatlıq müddət bitdikdən sonra hərbi əməliyyatlar daha qətiyyətlə davam etdiriləcək".

Teref.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Dolmabağça sarayında xarici media nümayəndələri ilə görüşü zamanı bildirib.

Yaradılacaq təhlükəsiz bölgəyə təqribən 1-2 milyon suriyalı köçkünün yerləşdiriləcəyini deyən ölkə başçısı Türkiyədəki 3,6 milyon suriyalıdan 350 mininin məhz PKK/YPG terror qruplaşmalarının işğalı altındakı ərazilərdən gələn kürdlər olduğunu bildirib.

“Sülh çeşməsi” hərəkatında Türkiyənin ilk günlərdən uğur qazandığını deyən Prezident Ərdoğan əməliyyatların uğurla başa çatacağına inananların sayının artdığını və onların bu əməliyyatlara münasibətlərinin dəyişdiyini deyib.

Prezident Türkiyənin hər zaman Suriyanın ərazi bütövlüyünə hörmət etdiyini də vurğulayıb.

O bildirib ki, əgər PKK/YPG terror qruplaşmaları Türkiyənin çağırışlarına müsbət cavab versəydi, o zaman bu əməliyyatlara ehtiyac qalmazdı.

Türkiyə Prezidenti oktyabrın 22-də rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan görüşü zamanı bu məsələnin müzakirə olunacağını deyib. /qafqazinfo.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.