Fars rejmi qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub

20-11-2019, 11:27           
Fars rejmi qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
Ötən günlərdə benzinin qiymətinin bahalaşması ilə İran və Güney Azərbaycan şəhərlərində başladılan kütləvi etiraz aksiyaları hələ də səngiməyib, rejim önləyici tədbirlər almağa davam edir.

Son məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol komandasının iki gün sonra Təbrizdə keçirəcəyi görüş ləğv olunub. Bu barədə Futbol Federasiyası və Liqa Təşkilatı qərar verib. Xəbər yerli məsullar tərəfindən elan olunub.

Hələlik “Traxtur”-“Şəhr-i Xodro” görüşünün nə zaman keçiriləcəyi elan olunmayıb.

Diktator rejimin məsulları bu qərarı görüşün keçirilməsi üçün lazımi şəraitin olmadığı ilə izah ediblər.

Bu həftə keçirilməsi gözlənilən “Gül Gövhər”-“Maşınsazi”, “Pars Cənubi”-“Peykan” və “Sənət Neft”-“Sepahan” görüşləri də ləğv olunub.

Bundan əvvəl super liqa yarışlarının 11-ci həftəsində “Traxtur” klubunun “Şəhr-i Xodro”nu Təbrizin səhənd stadionunda qəbul edəcəyi elan olunmuşdur. Oyun cümə gün, noyabrın 22-i Təbriz vaxtı ilə saat 15:30-da keçirilməli idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.