3 ölkə Türkiyəyə qarşı hərəkətə keçdi - Yeni gəlişmə

13-12-2019, 08:35           
3 ölkə Türkiyəyə qarşı hərəkətə keçdi - Yeni gəlişmə
Türkiyə ilə Liviya Milli Barış hökuməti arasında əldə edilən anlaşma memorandumundan sonra Fransa, İtalya və Cənubi Kipr (yunan) Şərqi Aralıq dənizində hərbi təlimlərə başlayıb.

Teleqraf.com xəbər verir ki, hərbi gəmiləri döyüş helikopterləri müşayiət edib. Cənubi Kipr təlimlə bağlı yaydığı görüntülərdə Fransa və İtaliya gəmilərinin fotolarına geniş yer verib.

Yunan tərəfinin Müdafiə Nazirliyi məşqlər zamanı komandaların əməliyyat qabiliyyətlərini artırmaq məqsədi ilə manevr həyata keçirdiyi barədə məlumat yayıb. Əməkdaşlıq ruhunun təşviq edildiyi bildirilir.

Xatırladaq ki, təlimdən öncə İtalyanın "La Repubblica" qəzetinə danışan italyan rəsmi Ankaraya mesajın açıq olduğunu bəyan etmişdi: "Bayrağımızı göstərməyimiz lazımdırsa, hazırıq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.