İran TV-sindən Türkiyə və Azərbaycana qarşı təxribat - FOTO

14-01-2020, 12:46           
İran TV-sindən Türkiyə və Azərbaycana qarşı təxribat - FOTO
Xaricdə fəaliyyət göstərən “İran İnternəşnl” (Iran International) telekanalında Azərbaycan və qonşu ölkələrin ərazi bütövlüyünü sual altına alan görüntü efirə gedib.

Axar.az xəbər verir ki, sözügedən telekanala İran Kürdüstan Demokrat Partiyasının rəhbər şəxslərindən biri dəvət edilib və fona “Kürdüstan bayrağı”nın təsviri yerləşdirilib. Görüntüdəki “bayraq” Güney və Quzey Azərbaycan, Türkiyə, İraq, Suriya və hətta Gürcüstanın da bir hissəsini əhatə edib.

Güneyli fəallar bunu sözügedən ölkələrin ərazi bütövlüyünün pozulması kimi qiymətləndiriblər.

Qeyd edək ki, “İran İnternəşnl” telekanalının panfarsizm ideyalarını təbliğ etdiyi və bölgədəki türk millətinin milli mənafeyinin əleyhinə fəaliyyət göstərdiyi bildirilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.