ABŞ Türkiyədən “S-400” sistemini satın ala bilər – “Defense News” qəzeti

1-07-2020, 00:05           
ABŞ Türkiyədən “S-400” sistemini satın ala bilər – “Defense News” qəzeti
Amerika Senatında Türkiyədəki “S-400” zenit-raket sistemləri ilə bağlı hadisələrin inkişafının iki variantına baxılır.

Birinci variant həmin kompleksin Ankaradan satır alınmasını, ikincisi isə bu ölkəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Bu barədə “Defense News” qəzeti yazıb.

Qeyd olunur ki, 2021-ci il üçün milli müdafiənin büdcə maliyyələşdirilməsi barədə qanun layihəsinə senatorlardan biri (Respublikaçılar Partiyasından) əlavə təklif edib və ABŞ Quru Qoşunlarının büdcəsində “S-400” sisteinin satın alınması üçün pul nəzərdə tutulmasını istəyib.

Guya bu, Vaşinqtona Ankara ilə F-35 qırıcılarının istehsalı məsələsində qarşılaşdığı dalandan çıxmağa imkan verəcək.

Ancaq Respublikaçılar Partiyasından başqa bir senator Donald Tramp administrsiyasına Türkiyəyə qarşı sanksiya tətbiqini təklif edir.

Bu zaman, analitklər həmin düzəlişlərdən hansısa birinin yekun qərar qüvvəsinə minəcəyinə şübhə edirlər.

AzPolitika.infoшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.