“Fabrikdə partlayışda 2 nəfər ölüb, 73 nəfər yaralanıb” - Fəxrəddin Qoca

3-07-2020, 17:10           
 “Fabrikdə partlayışda 2 nəfər ölüb, 73 nəfər yaralanıb” -
Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə baş verən partlayışda 2 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə hadisə yerində olan Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, partlayış nəticəsində 73 nəfər xəsarət alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Daxili İşlər naziri Süleyman Soylu, Sosial Xidmətlər və Ailə naziri Zəhra Zümrüd Səlcuq da hadisə yerindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru