Aralarında Fələstin, İran, Səudiyyənin də olduğu 46 dövlətdən Çinin "uyğur repressiyası"na dəstək

8-07-2020, 09:09           
Aralarında Fələstin, İran, Səudiyyənin də olduğu 46 dövlətdən Çinin "uyğur repressiyası"na dəstək
BMT-nin İnsan Haqları Şurasının 44-cü iclasında Belarus tərəfindən Çinin Sincan Uyğur Muxtariyyətində “terror və seperatçı qruplara qarşı mübarizə”sini dəstəkləyən məktub təqdim edilib. Yeniavaz.com xəbər verir ki, 46 ölkə sözügedən məktuba imza atıb.
İmza atanlar arasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir, Pakistan və Fələstin kimi müsəlman dövlətlərin də olduğu məktubda deyilir: “Pekinin Sincan bölgəsində terrorizm, seperatizm və radikallıqla mübarizə istiqamətində atdığı addımların regiondakı insan haqlarının qorumasına hədəflənməsini təqdir edirik. Sincanda son 3 il ərzində heç terror aktı yaşanmayıb, region yenidən sabitlik və istiqrara qovuşub”.
Məktubda Çinə qarşı əsassız ittihamları durdurmaq çağırışı da edilib. Çinin Uyğur Muxtariyyət siyasətini dəstəkləyən ölkələr:
1. Çin
2. Bəhreyn
3. Belarus
4. Burundi
5. Kamboca
6. Kamerun
7. Orta Afrika Cümhuriyyəti
8. Komor adaları
9. Konqo
10. Kuba
11. Şimali Koreya
12. Cibuti
13. Misir
14. Ekvatorial Qvineya
15. Eritreya
16. Qvineya
17. Qvineya - Bissau
18. İran
19. İraq
20. Laos
21. Lesoto
22. Mozambik
23. Myanma
24. Nepal
25. Nikaraqua
26. Niger
27. Oman
28. Pakistan
29. Fələstin
30. Papua-Yeni Qvineya
31. Filippin
32. Rusiya
33. Səudiyyə Ərəbistanı
34. Serbiya
35. Solomon Adaları
36. Cənubi Sudan
37. Şri Lanka
38. Sudan
39. Surinam
40. Suriya
41. Birləşmiş Ərəb Əmirliyi
42. Venesuela
43. Yəmən
44. Zambiya
45. Zimbabve
46. Toqo

Qeyd edək ki, BMT, ABŞ Dövlət Katibliyi və bir çox insan haqları təşkilatlarının hesabatlarına görə, Çin 2017-ci ildən etibarən Şərqi Türkistan bölgəsində 1300-dən çox toplama düşərgələri qurub. Məlumata görə, bu düşərgələrdə 3 milyondan çox uyğur məcburi saxlanılır. Bundan əlavə ailəsi həmin düşərgələrdə olan 500 mindən çox uşağın xüsusi internat tipli məktəblərə yerləşdirildiyi və burada asimilasiya proqramına məruz qaldıqları bildirilir.
Avropa Parlamentinin 30 iyun tarixli hesabatına görə isə, Pekin müsəlman əhalinin artımımı xüsusi nəzarətə götürən proqram icra edir. Avropalı mütəxəssislər sözügedən proqramı “demoqrafik soyqırımı” adlandırıblar.
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.