SON DƏQİQƏ: PKK-nın xüsusi təyinatlıları Qarabağa yerləşdirilir

16-09-2020, 10:52           
SON DƏQİQƏ: PKK-nın xüsusi təyinatlıları Qarabağa yerləşdirilir
Terror təşkilatı olan PKK özünün xüsusi təyintlılarını Qarabağa göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, həmin qüvvələr ermənilərə hərbi təlim keçir. PKK Dağlıq Qarabağda hücum dalğası yaratmağı hədəflədiyi bir vaxtda Suriya erməniləri də bölgəyə yerləşdirilib. Bundan əlavə məlum olur ki, 250-ə qədər erməni əsgəri də Suriyada terror təşkilatı olan PYD/YPG-nin sıralarında döyüşür.

Məlumatda qeyd edilir ki, erməni əsgərlərlə PKK arasındakı bu işbirliyinə Fransa moderatorluq edir. İddialara görə, Fransanın koordinatorluğu ilə erməni əsgərləri ilə PKK arasında görüşlər gerçəkləşdirilib.

Bir müddət əvvəl İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani verdiyi açıqlamada bildirmişdi ki, Livanda yaşayan erməni ailələrinin Qarabağa köçürülməsi işin görünən tərəfidir. Onun sözlərinə görə, son iki ayda İraq və Suriyadan yüzlərlə PKK-çı Dağlıq Qarabağa yerləşdirilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.