Erməniləri Qarsda qəbul edən bələdiyyə başçısı həbs edildi

25-09-2020, 22:29           
Erməniləri Qarsda qəbul edən bələdiyyə başçısı həbs edildi
Türkiyə Terrorla Mübarizə Polis Şöbəsinin əməkdaşları Qars bələdiyyəsinin başçısı Ayhan Bilgeni həbs ediblər. Rəsmi şəxs - Kürdpərəst Xalq Demokratik Partiyasının üzvü - terrora çağırışda və terrorçuları dəstəkləməkdə günahlandırılır.

Virtualaz.org xatırladır ki, Xalq Demokratik Partiyası uzun illərdir Türk dövlətinə qarşı silahlı mübarizə aparan PKK terror təşkilatının siyasi qanadı sayılır.

"Anadolu"nun verdiyi məlumata görə, Ayhan Bilgen bu gün səhər həbs olunub. Polis əməkdaşları onun evində axtarışları davam etdirir.

Ayhan Bilgen 2014-cü ildə Kobani hadisələrindən sonra PKK terrorçularına qisas çağırışı ilə məşhurlaşıb. 2019-cu ildə Ermənistandan olan heyəti Qarsa dəvət etdikdən sonra Türk mediasının səhifələrində çap olunub. Qarsa gələn Ermənistan nümayəndə heyətində idman, mədəniyyət və turizm şöbəsinin müdiri İştan Zakaryan, Yerevan Dövlət Universitetinin tarix fakültəsinin dekanı Erik Minasyan, tarix müəllimi Erik Soqomonyan və başqaları iştirak ediblər.

Sonradan Ayhan Bilgenin hərəkətləri Türkiyədə ciddi etirazlara səbəb olub. Erməni nümayəndə heyətinin Qarsa dəvətini digər ərazilərdən olan deputatlar qınayıb və Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini xatırladıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.