Fransa Türkiyədəki səfirini geri çağırdı

24-10-2020, 23:10           
Fransa Türkiyədəki səfirini geri çağırdı
Fransan Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Herve Magronu ölkəsinə geri çağırıb.

Teref.az “Anadolu” Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, səfirliyin yaydığı açıqlamada bildirilib ki, səfir məsləhətləşmələr üçün Fransaya geri çağırılıb.

Açıqlamada bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makron haqqındakı fikirlərinin qəbuledilməz olduğu bildirilib.

Qeyd edək ki, bu gün R.T.Ərdoğan Kayseridəki çıxışında E.Macronun islam dininə və Türkiyəyə qarşı qərəzinin anlaşılmadığını deyib. Ərdoğan Makronun bu davranışlarına - psixoloji probleminə görə müalicəyə ehtiyacı olduğunu bildirib və xalqının yanında etimadını itirdiyi üçün gələn il Fransada keçirilən seçkilərdə qalib olmayacağına inandığını vurğulayıb. /APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru