Türkiyə ilə Özbəkistan hərbi-maliyyə əməkdaşlığı haqda Saziş imzaladı

28-10-2020, 08:30           
Türkiyə ilə Özbəkistan hərbi-maliyyə əməkdaşlığı haqda Saziş imzaladı
Türkiyə və Özbəkistan bütün sahələrdə münasibətləri dərinləşdirməyə çalışırlar. “Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar Özbəkistana səfəri çərçivəsində bildirib.

Qeyd olunur ki, Akar Pakistan və Qazaxıstanda aparılan danışıqlardan sonra Daşkəndə gəlib. O, Özbəkistanın paytaxtında özbək həmkarı Bahodir Kurbanovla görüşüb.

“Türkiyə-Özbəkistan münasibətləri çoxəsrlik tarixə əsaslanır, Ankara buna xüsusi əhəmiyyət verir”, - Akar deyib.

“Ankara Daşkəndlə bütün sahələrdə əlaqələri dərinləşdirməyə çalışır. Bura ticarət-iqtisadi, sosial və siyasi aspektlər və əlbəttə ki, müdafiə sahəsində qarşılıqlı fəaliyyət daxildir. Ciddi irəliləyiş əldə etmişik”, - deyə Akar əlavə edib.

Mətbuat üçün qapalı rejimdə keçirilən görüşün yekunlarına əsasən, Akar və Kurbanov hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş və maliyyə yardımının verilməsi haqqında Protokol imzalayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru