“Həmsədrlər Qarabağ münaqişəsini həll etmədilər” - Türkiyə Prezidenti

28-10-2020, 15:57           
“Həmsədrlər Qarabağ münaqişəsini həll etmədilər” - Türkiyə Prezidenti
“Bir əsrdir imperialistlərin oyun meydanına çevrilmiş bu qədim coğrafiyanın artıq məngənədən xilas olmaq vaxtı gəlib çatıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 30 ildən çoxdur ki, azərbaycanlılar yaşadıqları Dağlıq Qarabağ və ətraf rayonlardan qovulublar: “Buna baxmayaq, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa münaqişəni həll etmədilər. Hər iclasda danışdılar, sonra da çıxıb getdilər. Təbii ki, Azərbaycan da öz vətəndaşlarının təhlükəsizliyini qorumaq məcburiyyətindədir. Ermənistan hücum etdi, Azərbaycan da özünü müdafiə etdi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.