ASDP sədrindən Abbas Abbasova sərt ittihamlar - “Əlində pulu var, ölkəni qarışdırmaq istəyir”

6-04-2015, 17:22           
ASDP sədrindən Abbas Abbasova sərt ittihamlar - “Əlində pulu var, ölkəni qarışdırmaq istəyir”
“Azərbaycan cəmiyyəti Abbas Abbasovu çox yaxşı tanıyır. O, uzun illər məmur olub və necə işlədiyindən də hamının xəbəri var”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə söyləyib.

Xatırladaq ki, Rusiyada yaşayan bir qrup azərbaycanlı hazırda bu ölkədə yaşayan, baş nazirin sabiq müavini Abbas Abbasovun bölücülük fəaliyyətinə etiraz olaraq Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

ASDP sədri Araz Əlizadə Abbas Abbasovu rüşvətxor məmur kimi xatırladığını deyir:

“Çox qəribə presedent yaranıb. Uzun illər bu hakimiyyətə qulluq edən, məddahlıq edən, yarınan məmurlar vəzifədən çıxan kimi, xaricə qaçıb, iqtidarı ləkələməyə çalışırlar. Abbas Abbasov uzun müddət Azərbaycanda yüksək vəzifə tutub. Həm Mütəllibovun, həm Elçibəyin, həm də mövcud iqtidarın yanında yer alıb. Vəzifədən azad edildikdən sonra isə Rusiyada Azərbaycan diasporunu bölməklə məşğul olub. Gah “Milyarderlər İttifaqı”nda təmsil olunub, gah da Söyün Sadıxovun yanında. Bu adam nə istədiyini özü də bilmir. Əlində pulu var, ölkəni qarışdırmağa çalışır. Sadəcə bir məqamı unudur ki, o, qəhrəman deyil və ola da bilməz. Azərbaycan cəmiyyəti, o cümlədən Rusiyada yaşayan azərbaycanlılar belə “qəhrəmanlar”ı qəbul etmir. Şəxsən mən məmurların vəzifədən azad edildikdən sonra ölkədən buraxılmasına qarşıyam. Onlar vəzifədən azad olunandan sonra fəaliyyəti dərindən araşdırılmalıdır. Sübuta yetsə ki, rüşvətxordur, o halda həbs olunmalıdılar. Əks halda xaricə qaçıb, ölkəmiz əleyhinə fəaliyyət göstərir, Azərbaycanda yığdığı pulları dövlətimizə qarşı yönəldirlər”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.