İrlandiyada yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb
7-10-2019, 03:44
İrlandiyanın cənub-şərqində yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Trend-in məlumatına görə, hadisə bazar günü yerli vaxtla saat 5.45-də kənd ərazisindəki bir sahədə baş verib.
Qeyd edək ki, təyyarədə partlayış baş verməsi nəticəsində qəza meydana gəlib. Hadisə yerində xilasetmə xidmətləri işləyir. Polis hadisə ilə əlaqədar istintaq aparır.