Azərbaycanda DƏHŞƏT: 43 yaşlı kişi döyülüb güllələndi

25-02-2020, 19:49           
Azərbaycanda DƏHŞƏT:
Sumqayıtda ağır cinayət törədilib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bir neçə gün əvvəl Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Orta yaşlı kişi əvvəlcə döyülüb, daha sonra güllələnərək öldürülüb. Hadisəni törədən şəxslər meyiti Masazıra apararaq orada basdırıblar.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Qətlə yetirilən şəxsin meyiti basdırıldığı yerdən çıxarılaraq tibbi ekspertizaya təhvil verilib.

Araşdırmalar zamanı qətlə yetirilən şəxsin Abşeron rayonu Masazır qəsəbə sakini, 43 yaşlı Mircəfərov Zaur Mirdadaş oğlu olması müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru