Orta sinif ilə varlılar arasında 10 əsas düşüncə fərqi
Bu gün, 16:14

Siz kasıb deyilsiniz, amma hələ varlı da deyilsinizsə, sizi orta təbəqənin nümayəndəsi hesab etmək olar. Son məlumatlara görə, orta təbəqə insanlarının sayı azalır. Bu isə gələcəkdə ya kasıb, ya da varlı olacağınız deməkdir.
Siz hansı tərəfdə olmaq istəyirsiniz?
Əgər varlı olmaq istəyirsinizsə, varlılar kimi düşünməyə başlamalısınız.
Valyuta.az orta təbəqə ilə varlılar arasındakı 10 fərqi təqdim edir:
Varlılar niyə daha varlı olur?
Orta təbəqə rahat yaşamağı sevir, varlılar isə rahat olmamağı seçirlər
“Xəyallarımızı idarə edə bilmədiyimiz nöqtəyə qədər rahatlıq bizi idarə edir" - Peter McWilliams. “İnvestisiya edərkən, rahat olanlar nadir hallarda qazanır” - Robert Arnott. Təhlükəsiz işdə işləmək rahatlıqdır. Başqası üçün işləmək rahatlıqdır. Orta təbəqə rahatlığın xoşbəxtlik olduğunu düşünür, amma varlılar bilirlər ki, narahat vəziyyətlərə girsələr, qeyri-adi şeylər baş verə bilər. Öz işini qurmaq risklidir və risklər narahatlıq yaradır, amma kiçik risklər sərvət yaradır və böyük nəticələrə səbəb olur. Rahatlıq zonanızdan çıxın. Bütün seçimlərinizi nəzərdən keçirin. Varlı olmaq istəyirsinizsə, bir az da olsa narahat olmalısınız. Uğursuzluqlarınız olacaq və bu əladır, çünki uğursuzluq yaşamırsınızsa, kifayət qədər böyük düşünmirsiniz deməkdir.
Orta təbəqə qazandığından çox xərcləyir, varlılar qazandığından az xərcləyir
Orta statistik bir milyoneri 100.000 dollarlıq maşınla və ya milyon dollarlıq evlə çox görməzsiniz. Varlı insanlar pullarını dəyər itirən passivlərə xərcləmirlər, əksinə, dəyəri artan aktivlərə sərmayə yatırırlar və qazandıqlarından az xərcləyirlər. Unutmayın: ildə 1.000.000 dollar qazanırsınızsa və həmin məbləği xərcləyirsinizsə, hələ də pulsuzsunuz. Warren Buffet deyirdi: Əgər ehtiyacınız olmayan şeyləri alsanız, tezliklə ehtiyac duyduğunuz şeyləri satmalı olacaqsınız.
Orta təbəqə şirkət pilləkəni ilə qalxır, varlıların öz pilləkənləri var
“Dünyanın ən varlı insanları böyük şirkətlər qurmağa çalışır, qalanlar isə iş axtarır” - Robert Kiyosaki. Orta təbəqə adətən başqası üçün işləyir. Onların işi və karyerası var. Varlı insanlar isə öz işlərinin sahibi olmağa meyllidirlər. Onlar şirkət pilləkəninə qalxmırlar, çünki öz pilləkənlərini yaradırlar. Varlı insanlar daha çox pul qazanmaq üçün onlar üçün işləyən daha çox insana ehtiyac duyduqlarını bilirlər. Onlar passiv gəlirin gücünü dərk edirlər. Orta təbəqə hər kəslə dostluq edir, varlılar dostlarını ağılla seçir “Həmişə sizdən daha yaxşı insanlarla vaxt keçirməyə çalışın. Zamanla siz də onlara bənzəyəcəksiniz” - Warren Buffett. Varlı insanlar ətraflarında uğurlu insanlar olarsa, uğurun da onları izləyəcəyini bilirlər. Eyni şəkildə, ətrafınızda uğursuz insanlar varsa, siz də uğursuz ola bilərsiniz. Gəliriniz adətən ən yaxın üç dostunuzun gəlirinin orta göstəricisidir. Daha çox qazanmaq istəyirsinizsə, sizdən çox qazanən insanlarla dostluq etməlisiniz. Bu, düşüncə tərzinizin uğurlu insanların düşüncəsi ilə eyni xəttə düşməsi deməkdir.
Orta təbəqə qazanmaq üçün işləyir, varlılar öyrənmək üçün işləyir
“Gənc olanda qazanmaq üçün deyil, öyrənmək üçün çalış” - Robert Kiyosaki. Orta təbəqə birisi daha çox maaş təklif edəndə asanlıqla işini dəyişir. Varlı insanlar işin puldan ibarət olmadığını bilirlər. Varlı olmaq istəyirsinizsə, bacarıqlarınızı və vərdişlərinizi inkişaf etdirməlisiniz. Məsələn, satış sahəsində işləyirsinizsə, satışın incəliklərini öyrənin. Bankda işləyirsinizsə, mühasibatlığı tam anlayın. Varlı olmaq istəyirsinizsə, sizi varlı edəcək bacarıqları öyrənməlisiniz. Unutmayın ki, bir çox varlı insan yüksək maaş alaraq varlanmayıb.
Orta təbəqənin əşyaları var, varlıların pulu var
“Çox insan qazanmadıqları pulu xərcləyir, istəmədikləri şeyləri alır, xoşlanmadıqları insanları təsirləndirirlər”. - Will Rogers. Bahalı maşınlara və böyük evlərə baxın. Orta təbəqənin çoxu bunlara pul xərcləyir. Orta təbəqənin məhəllələrində gəzin - bahalı maşınlar, baxımlı həyətyanı sahələr, dəbdəbəli evlər görəcəksiniz. Varlı insanlar başa düşürlər ki, istədikləri şeylərdən çox pulları olmalıdır. Davamlı almağa davam etsəniz, pulunuz uçub gedər. Dünyadakı bir çox varlı on illərlə eyni evdə yaşayır və yeni ev almağa ehtiyac duymur. Almaqdan əl çəkin və qazandığınız pulu yığmağa və investisiya etməyə fokuslanın. Əgər alış-veriş həvəskarıysanız, daşınmaz əmlak almağa başlayın. Ayaqqabı və elektronik əşyalar almaq əvəzinə sərmayə qoymağa başlayın.
Orta təbəqə qənaətə fokuslanır, varlılar qazanca fokuslanır
"Ən böyük sərvətiniz qazanma qabiliyyətinizdir. Ən böyük resursunuz isə vaxtınızdır" - Brian Tracy. Qənaət vacibdir. İnvestisiya daha da vacibdir, amma əsas məqsəd hər ikisinin birləşməsidir. Qənaət edin, investisiya edin, amma daha çox qazanmaq üçün məqsədinizi genişləndirin. Həqiqətən varlanmaq istəyirsinizsə, qənaət qabiliyyətinizə deyil, qazanc qabiliyyətinizə fokuslanın.
Orta təbəqə pul mövzusunda emosionaldır, varlılar isə rasionaldır
“Yalnız ağıl və emosional intizamı birləşdirdiyiniz zaman düzgün davranırsınız” - Warren Buffett. Steve Siebold, “How Rich People Think” kitabında 30 il ərzində dünyanın ən varlı insanları ilə 1.200-dən çox müsahibəsini paylaşır və deyir ki, varlılarla orta təbəqə arasında 100-dən çox fərq var. Ən önəmlilərindən biri isə odur ki, orta təbəqə pula emosional yanaşır, varlılar isə məntiqli baxır. Emosional maliyyə qərarları maddi vəziyyətinizi pozur. Warren Buffett deyir ki, investisiya emosiyalarla yox, məntiqlə edilməlidir. Emosiyalar insanları baha alıb ucuz satmağa məcbur edir. Emosiyalar təhlükəli iş razılaşmalarına səbəb olur. Emosiyalarınızı kənara qoyun və məntiqlə hərəkət edin.
Orta təbəqə potensialını kiçildir, varlılar böyük hədəflər qoyur
“Hədəflərinizi yüksək tutun və ora çatana qədər dayanmayın” - Bo Jackson. Orta təbəqə hədəf qoyur, amma fərq hədəflərin böyüklüyündədir. Orta təbəqə asan və təhlükəsiz hədəflər qoyur, varlılar isə çətin, hətta “dəli” görünən hədəflər müəyyən edirlər. Varlı insanlar bu hədəflərə çatmağın mümkün olduğunu bilirlər. Burada əsas məsələ düzgün düşüncə tərzinə sahib olmaqdır. Hədəflərinizi müəyyənləşdirərkən özünüzdən soruşun: daha böyük hədəf qoya bilərəmmi? Bacardığım budurmu, yoxsa daha artığını edə bilərəm? Həmişə daha çoxunu edə bilərsiniz.
Orta təbəqə çox işləməyə inanır, varlılar isə resurslardan istifadə edərək varlanmağa inanır
“Mövcud resursları daha yaxşı istifadə etmək, olmayan resurslar yaratmaqdan daha asandır” - George Soros. Çox işləmək vacibdir hamımız üçün. Ən yuxarı vəzifələrə qalxmaq istəyirsinizsə işləməlisiniz. Problem ondadır ki, təkbaşına işləmək sizi varlı etməz. Hər şeyi təkbaşına edərək varlana bilməzsiniz. Varlı olmaq və varlı qalmaq üçün qaldıraçdan istifadə etməlisiniz. Qaldıraç - başqa insanların əməyindən, resurslardan və investisiyalardan faydalanmaqdır. Orta təbəqə ilə varlılar arasındakı bəzi fərqlər böyükdür, bəziləri isə daha sadədir. Həqiqət budur ki, varlanmaq istəyirsinizsə, varlı kimi düşünməli və varlılar kimi hərəkət etməlisiniz.