Ölkənin Milli maraqlarının təbliği
17-03-2025, 16:16

Martın 14-də Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu zamanı Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi Azərbaycanın bədxahlarına mesajdır.
Öz çıxış və müsahibələrində Prezident İlham Əliyev bu tezisi dəfələrlə vurğulayıb: “Azərbaycanın xarici siyasəti onun daxili siyasətinin məntiqi davamıdır. Beynəlxalq arenada sabit mövqeyə malik, qlobal əməkdaşlıq platformalarında aktual ideya vəçağırışların təşəbbüsçüsü kimi tanınan Azərbaycanın qazandığı nüfuzun kökündə məhz düşünülmüş və məqsədyönlü siyasət dayanır”.
Prezident İlham Əliyev bütün çıxışlarında bu amili önə çəkir ki, ölkəmizdə sabitliyin, davamlı inkişafın əsas təminatçısı xalq–hakimiyyət birliyidir. Bu tezis tanınmış siyasətçilər, ekspertlər tərəfindən də etiraf olunur. Xalq–hakimiyyət birliyinin möhkəm olduğu, islahatların, təşəbbüslərin dəstəkləndiyi ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz.
Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” telekanalına müsahibəsində rəsmi Bakının geosiyasi baxımdan ümumi xəttini konkret və lakonik şəkildə dilə gətirib. Həm regiondakı vəziyyəti əks etdirmək, həm də qlobal gündəm baxımından Azərbaycan liderinin milli müstəqilliyin qorunması, tarixi ədalətin bərpası ilə bağlı dedikləri daha çox xarici auditoriyaya ünvanlanan mesajlardır. Əslində, bu, hər bir dövlətin daha çox ehtiyac duyduğu reallıqlardır. Bu mənada, İlham Əliyevin dedikləri burada və indi öz ölkələrinin maraqlarını müdafiə etməyəçalışanlar üçün, belə deyə bilərik ki, polifonik formata malikdir. Maraqlı məqam odur ki, Azərbaycan Prezidentinin qlobal problemlərlə bağlı konkret mövqe bildirməsi onun hansı auditoriyada və hansı dildə danışmasından asılı deyil. Onun dilindən hər şey şəffaf, dəqiq, aydın vəən əsası, səmimi səslənir. Bunu dövlət başçısının “Euronews”a müsahibəsində bir daha gördük.
Dünya media məkanında populyarlardan biri sayılan telejurnalistin Bakıda keçirilən forumu planetar ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirməsini İlham Əliyev suala verdiyi ilk cavabı ilə təsdiqləyib. Bakı Forumunun diskussiya xarakteri daşıdığını vurğulayan dövlət başçımız bunu beynəlxalq vəziyyətin “kəskin dəyişməsi” iləəsaslandırıb. Ölkə Prezidenti tədbir iştirakçılarının “çoxsaylı fikirlərinin” olduğunu bildirərək, onların fərqliliyindən məmnunluğunu dilə gətirib. O, XII Qlobal Bakı Forumunu sələfləri kimi “beynəlxalq problemlərə yeni yanaşmaların inkişafında mühüm rol oynayacaq” ciddi platforma kimi dəyərləndirib.
Prezident İlham Əliyev müsahibəsində diqqəti planetin “yeni qayda və normaların işlənib hazırlanması mərhələsində” olduğuna çəkərək “köhnə dünya nizamı artıq mövcud deyil”– dedi. Yəni, reallıq ondan ibarətdir ki, hazırkı mərhələdə“beynəlxalq ictimaiyyətin qarşılıqlı fəaliyyətinin yeni forması”na aydın və birmənalı baxış yoxdur. Hər bir dövlət “öz daxili imkanlarına” daha çox diqqət yetirir və bu zaman “kənardan hansısa yardıma, yaxud beynəlxalq hüquqa bel bağlamır”.
Bu, 30 ərzində Azərbaycanın üzləşdiyi reallıq, heç vaxt unutmayacaqı acı təcrübədir. İlham Əliyev “beynəlxalq hüququn selektiv yanaşmasından əziyyət çəkən” Azərbaycanla yanaşı, “gələcəyini öz resurslarıüzərində qurmağı” bacarmış Azərbaycanı da misal göstərdi: “Biz güclü, müstəqil iqtisadiyyat qurmuşuq və heç kimdən asılı deyilik”.
Bəli, iqtisadi müstəqilliyin özü beynəlxalq aləmdə böyük imkanlar yaratmış, Azərbaycana şərəf və ləyaqətlə müstəqil xarici siyasət aparmağa imkan vermişdir. İlham Əliyev “Euronews” telekanalına müsahibəsində“Bizim dünya düzənini necə başa düşməyimizin tamamilə düzgün olduğunu” qeyd edərək fikirlərini “Biz bunu necə etdik və edəcəyik”– deyə yekunlaşdırdı. Xoşbəxtlikdən Bakı milli maraqlarımızla bağlı heç bir quruma və heç kimə arxalanmadı.
“Euronews” telekanalına müsahibəsində dünyada münaqişələrin sayının geniş vüsət almasına diqqət çəkən ölkə başçısı İlham Əliyev bundan narahatlığını bildirdi: “Əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişəöz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.
Telejurnalistin geosiyasi arenada baş verən yeniliklərlə bağlı son sualını cavablandıran İlham Əliyev Vaşinqtonda baş verənlər, Ağ evin yeni administrasiyasının siyasəti ilə bağlı bunları söylədi: “Bu, bir daha bütün dünyanın Ağ evdə qəbul edilən qərarlardan asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq”.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü