Abşeronda müəammalı qan izləri

27-04-2017, 17:07           

Bakı-Sumqayıt yolunda asfaltın üzərində qan ləkələri müşahidə olunub
Bu gün səhər saatlarında Sputnik Azərbaycan-ın əməkdaşı, Bakı-Sumqayıt yolunun Abşeron Gənclər Şəhərciyinin qarşısından keçən hissəsində qəribə hadisənin şahidi olub. Belə ki, yolun Sumqayıtdan Bakıya gələn istiqamətində, şəhərciyin qarşısındakı yerüstü piyada keçidinin yaxınlığında asflatda əraziyə yayılmış qan ləkələri olub. Həmin ləkələrin görüntüsü, gecə saatlarında asfalta qan töküldüyü və sonradan təmizləndiyi ehtimalını yaradıb. Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev, ötən gecədən bu yana sözügedən ərazidə hansısa qəzanın baş vermədiyini bildirib. "Ötən gün ərzində Abşeron rayonu ərazisində hər hansı bir qəzanın baş verməsi, ölüm və yaralanma halı ilə bağlı informasiya daxil olmayıb". "Heç ondan bir gün öncə də heç bir hadisə baş verməyib. Həmin ərazidə yol qəzasnın baş verməsi barədə bizə hər hansı bir məlumat daxil olmayıb. Ola bilsin, ərazidə başqa hadisə baş verib" — K. Əliyev qeyd edib. Müraciət etdiyimiz Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev də son günlər ərzində həmin ərazidə hər hansı cinayət hadisəsinin baş vermədiyini deyib.
Təki, hər hansı arzuolunmaz hadisə baş verməmiş olsun…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru