TARİXİN ƏN QARANLIQ AİLƏSİ! - Rotşildlər, Xəzər nefti, 1918-ci il soyqırımı...

22-10-2018, 07:44           
TARİXİN ƏN QARANLIQ AİLƏSİ! - Rotşildlər, Xəzər nefti, 1918-ci il soyqırımı...
Rotşildləri adətən “yəhudi oliqarxları” kimi təqdim edirlər. Lakin yəhudi mənşəli olsalar da, Rotşildlər İngiltərə kral ailəsinin pullarının idarəçisidirlər.

Orta əsrlərdə və sonrakı dövrdə Avropada hökmdarlar öz maliyyə işləri ilə özləri məşğul olmurdular. Onların fikrincə, bu, “krallara layiq iş deyil” və öz pullarının idarə edilməsini “saray yəhudilərinə” etibar edirdilər. Onlar isə maliyyə məsələlərində bacarıqlı mütəxəssislər idilər

Nəslin təməlini qoyan M.A.Rotşild landqraf Vilhelmin (ingilis kralı II Georqun nəvəsi, kral III Georqun əmisi oğlu) maliyyə işlərini aparırdı.

1. ROTŞİLD NƏSLİ NECƏ YARANDI?

Beynəlxalq maliyyə sahəsində Rotşild qədər nüfuz sahibi olduğu düşünülən ikinci ailə yoxdur.

Krallardan, hersoqlardan çox rahat şəkildə istifadə edə bilən bu ailə barəsində tarix boyunca bir çox şey yazılıb.

Lakin bir ailənin sıfırdan dünyanın ən nüfuzlu xanədanlıqlarından birinə çevrilməsi həmişə ən maraq doğuran hekayədir.

Frankfurtlu bir tacir olan Anselm Mozes Bauer o dövrdə sərraflıq, zərgərlik, lombard, sələmçilik və antik əşyaların satışı kimi işlərlə məşğul olurdu.

Yəhudilərə cəmiyyət içərisində peşə baxımından bəzi məhdudiyyətlər qoyulduğu üçün bu peşəyə yönəldilər.

Rotşildlər yəhudi mənşəli avropalı bankirlər və ictimai xadimlər nəslidir. Onların tarixi XVIII əsrin axırında başlanır. 1816-cı ildə Avstriya imperatoru Frans II Rotşildlərə baron titulu verir. Rotşildlər Avstriya zadəganlarının yüksək dairəsinə mənsub olmağa başladıları. Bu şəcərənin Britaniya şaxəsi kraliça Viktoriyanın sarayında qəbul edilib. Hesab edirlər ki, XIX əsrdə Federal Ehtiyat Sistemi (FED) yaradıldıqdan sonra Rotşildlər dünyada ən böyük varidata malik olublar.

Nəslin təməlini Amşel Mozes Bauer – lombard dükanının sahibi qoyub. Onun emblemində qırmızı qalxanın üzərində qızıl Roma qartalı təsvir edilib. “Qırmızı qalxan” ismini (alman dilində — Rothschield) Amşelin oğlu Mayer Amşel qanuniləşdirdi – öz ad-soyadını Mayer Rotşild olaraq sənədləşdirməklə Rotşildlər soyadının əsasını qoymuş oldu.

Yoluxucu xəstəlik ucbatından bütün ailəsini itirən Mayer Amşel 13 yaşından təkbaşına öz ayaqlarının üzərində durmağı bacarır. Bir bankda işə girir, qısa müddət içərisində işində irəliləyir, evləndikdən sonra atasının girov dükanının üzərindəki mərtəbədə həyat yoldaşı ilə birlikdə yaşayır. Mayer Amşel Rotşild (1744- cü ildə Almaniyanın Frankfurt-na-Mayn şəhərindəki yəhudi məhəlləsində anadan olub, 1812-ci ildə vəfat edib) Frankfurt-na-Maynda bank qurur. Beş oğlu olur. İşini beş oğlu arasında necə paylaşdıracağını o hələ onlar uşaq olandan hesablayır və onlar böyüdükdə öz bank imperiyasını yaradır: Amşel Mayer, Salomon Mayer, Natan Mayer, Kalman Mayer, Ceyms Mayer qardaşları ən iri şəhərlərdəki – London, Paris, Vyana, Neapol və Frankfurt-na-Mayndakı beş banka başçılıq edirlər. Rotşildlərin iki şaxəsinin - ingilis (Natanın övladları) və fransız (Ceymsin övladları) şəcərəsinin tarixi bizim zamanımıza kimi gəlib çatıb. Frankfurtda yaşamış Mayerin övladı olmayıb və o, 1855-ci ildə vəfat edib. Neapoldakı ailənin oğul xəttinin nəsli 1901-ci, qız xəttinin nəsli isə 1935-ci ildə kəsilib. Bu ailənin qadın xətti ilə Avstriya şaxəsinin nəsli hələ də davam edir, oğul xətti isə 1980-ci ildə kəsilib.



2. ROTŞİLD AİLƏSİNİN BAŞINA TALE QUŞU QONUR

Napoleon müharibələri dövründə (1803—1815) Rotşildlər artıq çox böyük sərvətə malik idilər və Natan Mayer Potşild artıq o dövrdə qızıl külçələri ilə ticarətdə böyük üstünlüyə malik idi. 1813-1815-ci illərdə Londonda ikən o, hersoq Vellinqtonun ordusu üçün qızıl külçələrinin gətirilməsini maliyyələşdirirdi, həmçinin qitədəki müttəfiqlər üçün Britaniya yardımlarının ödənilməsini təşkil edirdi.

Natanın Londonda varlandığı dövrdə Frankfurtdakı Rotşildlər Fransa işğalından necə mənfəət qazanacaqlarını düşünürdülər. Belə ki, 1810-cu ildə Napoleonun yaratdığı Böyük Frankfurt hersoqluğunun idarəçisi Karl fon Dalberq, Mayer Amşeldən sərfəli şərtlərlə kredit alaraq, o dövrdə Parisə səfər üçün tələb olunan həmin böyük məbləğin vasitəsilə imperatorun oğlunun xaç suyuna salınması mərasiminə yollanır. Alman tarixçi Henrix Şnee bir fransızdan sitat gətirir: “Bu xidmətin sayəsində o, böyük hersoqun tam etimadını qazanır və bunun sayəsində o vaxtdan sonra hersoq Rotşildlərə heç nədə rədd cavabı vermir”.

Ailə eyni zamanda iki cəbhədə çalışır: bir tərəfdən Vilhelmi varlandırır və Napoleona qarşı döyüşməyə hazırlaşan Avstriya ordusu üçün pul toplayır, digər tərəfdən isə - məsələn, müharibə üçün atlar alan düşmənə borc verirdi.

Şahzadə IV Vilhelmin yanında işləyən Mayer Amşel bu sahədəki mühasibat işlərinə baxırdı.

Kreditlər, faiz hesablaması və danışıqlar onun tərəfindən aparılırdı. Bir gün şahzadə ölkədən qaçır və qaçarkən o dövr üçün tam 3 milyon dollar dəyərində pulu ona əmanət edir. Rəvayətlərə görə pullar şərab çəlləklərinin içərisində gizlədilibmiş və Napoleonun əsgərləri bu pulları tapa bilməyiblər, işğalçılar gedəndən sonra isə Rotşild bu pulları son quldenə qədər vəliəhd şahzadə Vilhelmə qaytarıb (bu rəvayəti Kalman Rotşild danışıb və bu məlumatlar 1834-cü ilin alman ensiklopedik lüğətinə daxil edilmişdi). Lakin bu məsələ ilə bağlı şübhəər də mövcuddur.



3. AMŞEL MAYERİ BAUER ROTŞİLD İLƏ GÜCLƏNMƏYƏ BAŞLAYAN AİLƏ YÜKSƏK TƏBƏQƏYƏ DAXİL OLUR

Deyilənə görə, şahzadənin 3 milyon dolları Amşel tərəfindən uşaqları arasında paylaşdırılıb. Az miqdarda qızlarına da verilib.

Rotşild qadın-kişi bərabərliyi düşüncəsinə sahib deyildi, onun fikrincə qadınların yeganə missiyası siyasi evliliklər idi, qarşıdakı dövrdə isə “ailə üçün evlilik” prinsipi ailənin sərmayəsini və gizliliyini qorumaq üçün tez-tez həyata keçiriləcəkdi.

4. AİLƏNİN QAYDALARI



Rotşild ailəsinin qaydaları bu şəkildədir:

1) Ailənin ən böyük kişisi sərvətin və ailənin lideri olacaqdır.

2) Qohum evliliyi. Ailə sərvətinin kənara çıxmaması üçün ilkin şərtdir.

3) Ailə sərbətinin gizlin saxlanması və bölünməməsi. Onun üçün bu ailəni 500 nəfər ən zəngin insanın siyahısında əsla görə bilməzsiniz.

4) Ailə daxilində ortaqlıqlar qurulub və bu ortaqlıqlar mərkəzi Londonda yerləşən “M.A.Rotşild and Sons” çətiri altında toplanıb.



5. BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI: QLOBALLAŞDIRMA İDEYASI

Bəzi insanlar XX əsrin əvvəllərində “mədəniyyətin sonu gəldi” fikrində idilər. İngilis yazıçı Uells də onlardan biri idi. Vahid dünya dövləti fəlsəfəsinə paralel olan “Millətlər Cəmiyyəti” ideyasına sahib idi.

Rotşild ailəsi bu fikri çox bəyənmişdi. “Vahid dünya dövlətinin” qaçılmaz olduğunu düşünürdülər.



6. MÜHARİBƏLƏR...

Müharibələri maliyyələşdirmək, şübhəsiz yalnız “qorxunc bir sərmayə” ilə mümkündür. Rotşild ailəsində isə bu qüdrət vardı, hələ şahzadənin işlərini idarə edərkən Avropada muzdla əsgər tutmaq bazarını çox yaxşı öyrənən ailə ölkələr arasındakı əlaqələri diqqətlə araşdırdı, bəzilərini isə istiqamətləndirdi.

Rotşild tərəfindən maliyyələşdirildiyi iddia edilən müharibələr bunlardır:

Napoleon ilə İngiltərə arasındakı Vaterloo müharibəsində iki tərəf də yüksək faizlə maliyyələşdirildi.

Vaterloo müharibəsi əsnasında birjalarda böyük spekulyasiyalar baş verdi.

Krım müharibəsi üçün Osmanlı dövlətinə 600 000 sterlinq verildi (həmçinin, Rotşildlər Osmanlı dövlətinə xaricdən borc verən ilk ailədir).

Adolf Hitlerin güclənməsi və silahlandırılmasına yardım elədilər.

1918-ci ildə Rotşildlər onların nəzarəti altındakı bolşeviklərə çar II Nikolayı və ailəsini öldürməyi əmr edirlər. Onlar üçün vacib idi ki, qadınlar və uşaqlar da daxil olmaqla, bütün ailənin üzvlərinin qətlə yetirildiyini hamı görsün. Rotşildlərin yolunda əngəl olmaq istəyənlərin başına nələr gələ biləcəyi hamıya görk olmalı idi.

1918-ci il bolşevik inqilabından sonra, çarın edamının ardından üsyançılarla ilk görüş keçirərək Xəzər nefti ilə bağlı razılaşma əldə elədirlər.

(Stepan Şaumyanın başçılığı altında Azərbaycanda qanlı hadisələri, 1918-ci ildə mart soyqırımını törədən bolşevik-erməni dəstəsinin başçısı Şaumyan da məhz bu məqsədə xidmət edirdi. Nəticədə ermənilər böyük dəstək nəticəsində torpaq əldə elədilər, yenicə müstəqillik qazanan Azərbaycan dövləti isə gücdən düşüb təslim oldu və Sovet Rusiyası Xəzər neftinin sahibi oldu).

Rusiya-Yaponiya müharibəsi üçün zəmin hazırlandı, o dövrdə bir jurnalist belə yazırdı: “Nə Rusiya, nə də Yaponiya müharibə eləmək istəmirlər. Belə olduğu halda, bu müharibə baş verir?”

Afrikada bir çox müharibə və inqilablar nəticəsində bir milyon insan həlak olub, bu hadisələrin arxasındakı ən əsas səbəb isə yeraltı sərvətlərdir.

Rotşild ailəsinin dünyanın yeraltı mənbələrinin 40 faizinə sahib olduğu iddia edilir.

(davamı olacaq)

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.