2030-cu ilə diabet xəstələrinin sayı 500 milyonu ötəcək – «Lancet Diabetes and Endocrinology»

23-11-2018, 07:38           
2030-cu ilə diabet xəstələrinin sayı 500 milyonu ötəcək – «Lancet Diabetes and Endocrinology»
2030-cu ilə dünyada diabetdən əziyyət çəkənlərin sayı 408 milyondan 511 milyon nəfərə yüksələcək. «CNN» kanalının məlumatına görə, diabetli xəstələrin sayını «Lancet Diabetes and Endocrinology» tibb jurnalının ekspertləri siyahıya alırlar.

Bu zaman tibb işçiləri həyacan təbili çalırlar – insulinin əlçatanlığının indiki səviyyəsinin saxlanacağı tədirdə, bu xəstəlikdən əziyyət çəkənlərin və insulinə ehtiyacı olanların yarısı üçün 12 ildən sonra insulin əlçatan olmayacaq.

Hamıdan çox Afrika, Asiya və Okeaniya sakinləri zərər görəcəklər. İnsulin 1-ci tip və bəzi hallarda ikinci tip diabet xəstələri üçün mütləqdir. Onun terapiyası bir çox ölkələrdə baha başa gəlir, bazar isə nəhəng istehsalçılaın nəzarəti altındadır.
Bu mülahizələrdən dolayı, güman emək olar ki, son illər dünyada diabetin sürətlə yayılmasının səbəbini məhz burada aramaq lazımdır – bu xəstəlik ən müxtəlif vasitələrin köməyi ilə süni olaraq «kütləvi» hala gətirilir, sonra isə insulin istehsalı genişləndirilir.

Bu, Amerika Birləşmiş Ştatlarının (ABŞ) gen mühəndisliyi və herbisid-pestisid istehsalı ilə məşğul olan «Monsanto» şirkətinin sıanmış üsuludur – «dərdlə yükləyib, dərman təklif etmək» siyasəti…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.