2256-cı ildən gəlib birjada milyonlarla dollar qazanan adamın SİRRİ

27-02-2019, 07:42           
2256-cı ildən gəlib birjada milyonlarla dollar qazanan adamın SİRRİ
Düz on il bundan əvvəl, 2009-cu il, yanvarın 28-də ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun əməkdaşları məlumatları oğurlamaq ittihamı ilə Endryu Karlsin Uol Strit birjaçısını həbs edərək dindirməyə başlayıblar. Həbs olunan birja dahisi 2256-cı ildən bu günə zaman maşınında gəldiyini iddia eləmişdi!



Təhlükəsizlik xidmətinin əməkdaşlarından biri isə demişdi: “Bu adamın yalanlarına inanmırıq. Bu, ya dəlilikdir, ya da patoloji yalançılıq. Lakin əlimizdə olan real fakt budur: bu adam 800 dollarlıq sərmayə ilə 2 həftə içərisində 350 milyon dollardan artıq pul qazanıb! Birja vasitəsilə həyata keçirdiyi bütün alqı-satqılar gözlənilməz hadisələr barəsinə məlumata əsaslanır, bunu şans amili ilə izah eləmək mümkün deyil. Bu məlumatlara sahib olmağın yeganə yolu var, əməliyyat keçirdiyi şirkətlərlə bağlı daxildən məlumat sızdırılması isə qanunsuzluqdur”.



Karlsin 200 sonrakı zamandan, yəni gələcəkdən gəldiyini iddia edib və statistika qeydlərini öyrənərək bu biliklərdən faydalanmaq istəyinə qarşı dura bilmədiyini deyib. Deyilənə görə, Karlsin zaman maşınının harada olduğunu deməyib: “Bu texnologiyanın pis insanların əlinə keçməsindən narahatam”.



ABŞ mətbuatı dövlət məmirlarından birindən belə bir sitat gətirmişdi: “Əlimizdəki bütün federal qeydləri araşdırdıq, lakin Enryu Karlsin adlı bir adamın varlığı, yaşadığı, nə isə etdiyi barəsində 2002-ci il tarixindən əvvələ aid bir məlumat yoxdur”. Bu məlumatın İnterneti 10 il dolaşması, ABŞ mətbuatının dayaz nağıllarına inanan insanların varlığının isbatıdır.


Endryu Karlsin adında adam var idisə də, sadə bir fırıldaqçı olub. Çünki indi çap olunmuş 350 milyon dollar 200 il sonra yəqin ki, dövriyyədən çıxmış olacaq. Həmçinin, lap 2002-ci ildə peyda olmuş belə olsa, ona sənəd verilməsi üçün ilk növbədə doğum haqqındakı şəhadətnaməsi olmalı idi.

Hurriyyet.org
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.