İmam Yamani Əhməd əl Həsən kimdir və o, İranı niyə lənətləyir- Suriyada şiələrdə parçalanır
31-10-2015, 21:32
Oktyabrin 27-də ABŞ-ın müdafiə naziri Eşton Karter Senatında çıxışı zamanı bəyan etdi ki, ölkəsi İraqda və Suriyada quruda hərbi əməliyyatlar keçirməyə hazırlaşır. Onun sözlərinə görə, İŞİD-ə qarşı əməliyyatlarda ABŞ müttəfiqləqinə dəstək verəcək. Bunu aviazərbələr və quruda hərbi əməliyyatlar vasitəsilə həyata keçirəcək. O, eyni zanamda qeyd edib ki, İŞİD mövqelərinə aviazərbələr daha da şiddətlənəcək. Pentaqon rəhbəri ABŞ-ın Suriya müxalifətinə dəstək verəcəyini də qeyd edib.
Görünən budur ki, İŞİD-i bəhanə edərək, Suriyanın hava sahəsini bütünlüklə öz nəzarətinə götürən və ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusunun mövqelərini aramsız bombardımana tutan, ardınca da İraqda möhkəmlənməyə başlayan Rusiya kimi, ABŞ da İŞİD-i bəhanə edərək Yaxın Şərqdə itirilməkdə olan mövqelərini yerüstü əməliyyatlar yolu ilə bərpa etməyi qərara alıb. İndiyə qədər təkcə «Suriya ordusu» adı altında döyüşlərə qatılan İran hərbi hissələri və kürd terrorçuları ilə savaşan və eyni zamanda da Suriya müxalifəti ilə düşmənçilik edən İslam Xilafəti Dövlətinə (İŞİD) bağlı mücahidlər isə gözlənilmədən müxalifət cəbhəsində döyüşən mücahidlərə Rusiyaya qarşı dəstəkləməyə başlayıblar və məhz bu dəstək sayəsində Rusiyanın kiçik müttəfiqi, başqa sözlə əlaltısı olan İranın hərbi birləşmələrinin rus təyyarələri tərəfindən darmadağın edilmiş Hələb şəhərinə sahib olmasının qarşısını almaq mümkün oldu. İŞİD heç kəsin gözləmədiyi halda Hələbə hərəkət edərək şəhərin şimal rayonlarını ələ keçirdi və nəticədə «Suriya ordusu», daha dəqiq desək Bəşər Əsədin tərəfində döyüşən iranlılar mühasirəyə düşdülər və növbəti dəfə böyük itkilər verdilər.
İslam Xilafəti Dövləti həm Rusiyanın, həm də ABŞ-ın planlarını pozdu…
İslam Xilafəti Dövlətinə bağlı hissələrin müxalifətə dəstək verməsi və mücahidlərin Rusiya və İran işğalşılarına qarşı birləşməsi sözügedən dövlətlərin planlarını alt-üst etdi. Bu durum ABŞ-ı da çıxılmaz vəziyyətə salıb. Onun müttəfiqləri bu ölkəni 1 nömrəli düşmən elan etmiş qüvvə ilə artıq eyni cəbhədən çıxış etməyə başlayıblar. Bu isə o deməkdir ki, ABŞ-ın müxalifətə verəcəyi silahların gələcəkdə İŞİD-in əlinə keçməyəcəyinə heç bir zəmanət yoxdur. Belə çıxır ki, rus təyyarələrini vurmaq üçün müxalifətə veriləcək silahlarla sabah ABŞ-ın öz təyyarələri də vurula bilər. Əslində, bu, İŞİD-in Suriya müxalifətinə verdiyi ilk dəstək deyil. Əldə olan məlumatlara görə, İslam Xilafəti Dövləti bundan bir qədər öncə də müxalifət sıralarında döyüşən türkmənlərə yardım etmək üçün Qafqazlılardan, daha dəqiq desək, azərbaycanlı, çeçen və dağıstanlılardan ibarət dəstələr göndərmişdi. Məhz bu dəstələrin sayəsində türkmənlər kürd və Hizbullah terrorçularının hücumlarının qarşısını almağı bacarmış, onlara ağır zərbələr endirərək qaçmağa məcbur edə bilmişdilər.
Mücahidlərə təyyarələri vura bilmək üçün lazım olan silah mütləq veriləcək. ABŞ istəsə də, istəməsə də veriləcək. Bunu ya Səudiyyə, ya Qətər, ya da Türkiyə edəcək.
İmam Yamaniyə bağlı qüvvələr də müsəlmanlara dəstək verir…
Yaxın və Orta Şərqdə baş verən prosesləri təhlil edən politoloqların nəzərə almadıqları və hətta bir çoxlarının haqlarında ümumiyyətlə məlumatı olmadığı daha bir qüvvə də peyda olub ki, bu qüvvə işğalçıların planlarının alt-üst edilməsində önəmli rol oynaya bilər. Söhbət imam Yamaniyə bağlı şiə qüvvələrindən gedir.
Məlum olduğu kimi hansı cəbhədə durmasından asılı olmayaraq, bütün işğalçı qüvvələr, o cümlədən ABŞ və NATO, eləcə də qarşı tərəfdə yer alan Rusiya və İran mücahidlərə qarşı savaşlarında əsas stavkanı kürd terrorçularına və şiələrə edirlər. Lakin görünən budur ki, şiələr artıq iki yerə parçalanıblar və onlarınn bir hissəsi mücahidlərlə birləşərək İslam torpaqlarının qəsbkarlardan təmizlənməsi yönündə mübarizəyə başlayıblar. Özünü İmam Yamani Əhməd əl Həsənin ənsarları adlandıran və sayları həndəsi silsilə ilə durmadan artan bu qrup ABŞ və Rusiya ilə yanaşı İranı da Suriya və İraqı işğal etməkdə, kafirlərlə birləşərək müsəlmanları qətl etməkdə ittiham edir, İranın ali dini rəhbəri ayətullah Xamneini, İraqın öndə gələn şiə liderləri ayətullah Sistani və Müqtəda əs Sədri, eləcə də Hizbullah terror təşkilatının lideri şeyx Nəsrullahı «Tağut», yəni iblis adlandırırlar.
Ənsarlar inanırlar ki, əslən Bəsrədən olan liderləri imam Yamani, adı şiə hədislərində zikr edilən və Həzrət Mehdinin (ə) zühurundan öncə zuhur etməli olan, Mehdinin (ə) gəlişini hazırlamaq missiyası daşıyan Yamanidir. Və o, müsəlmanların qatili olan və adı həm şiə, həm də sünni hədislərində Süfyani kimi keçən qaniçən diktatoru məhv etmək üçün bu dünyaya göndərilmişdir.
Ənsarlar nə istəyir və kimə inanırlar…
Ənsarların inancına görə, Süfyani Suriya prezidenti Bəşər Əsəddir. İşin ən maraqlı tərəfi isə budur ki, şiə hədislərində Yamaninin müttəfiqi kimi Xorasani adlı bir şəxs göstərilir. Söhbət şiə və sünni hədislərində Xorasandan gələcək qarabayraqlıların liderindən gedir. Şiə hədislərində onun haqqında müfəssəl bilgilər az olsa da, sünni hədislərindən belə məlum olur ki, qarabayraqlılar Suriyada savaşacaq, oradan İraqa yayılacaq, sürətlə geniş torpaqlar zəbt edərək İslam Dövləti elan edəcək olan ordunun başçısıdır. Xilafət bayrağını yüksəldəcək bu başçının ürəyi dəmir parçası kimi sərt olacaq. Onun adamları kütləvi surətdə qətllər törədəcəklər. Müsəlmanların bir qismi bu adamın əl-Bağdadi olduğunu düşünürlər.
Maraqlıdır ki, ənsarlar da qara bayraq daşıyırlar və onların üzərlərində 12 imamım adları yazılmışdır. Onlar da eynən İŞİD-çilər kimi özlərini Mehdinin (ə) əsgərləri sayırlar. Sünni və şiə hədislərində Peyğəmbərin (s) söylədiyi aşağıdakı fikri də bilavasitə özlərinə şamil edirlər: «Qarabayraqlıları gördükdə qarın üzərində iməkləyə-iməkləyə də olsa, onların yanına gedin, haqq onlarladır». Lakin hədislərdə söhbət Xorasandan gəlmiş qarabayraqlılardan getdiyi üçün, əksər müsəlmanlar güman edir ki, burada İŞİD nəzərdə tutulur. Hər halda, müsəlmanların çoxu buna inanır və bu üzdən də dünyanın dörd bir yanından Suriya və İraqa gələrək İslam Xilafəti Dövlətinə qoşulanların ardı-arası kəsilmir və onları heç cür saxlamaq olmur.
Ənsarlar nədən İranı və Xamneyini İslam dünyasının düşməni hesab edirlər?…
İmam Yamaninin adamları, yəni ənsarlar da eynən İŞİD-çilər kimi İslam dünyasının əsas düşmənləri qismində ABŞ, İsrail, Rusiya, Səudiyyə və İranı görürlər. Şiə olmalarına rəğmən, ənsarların İranı və Xamneyini düşmən və İblisin nökəri kimi qəbul etmələrinin əsas səbəbi nədir? Birinci səbəb İranın dini liderlərinin sözdə İslam vəhdətindən danışmasına rəğmən, rəsmi Tehranın əməldə məzhəblərarası savaşı qızışdırması və bununla da əslində fars imperializminin hədəf və məqsədlərinə xidmət etməsidir. İkinci səbəb müsəlmanların qatili kimi məşhurlaşmış Bəşər Əsədi (Süfyanini) dəstəkləməsi və kafirlərlə birləşərək müsəlmanlara qarşı savaşmasıdır. Eyni zamanda şiə hədislərində də sünni hədislərində olduğu kimi, Mehdinin (ə) Mədinədən çıxaraq, Məkkədə qiyam qaldıracağı, yəni Məkkədə zühur edəcəyi bildirilsə də, İran rəhbərliyi milləti aldadaraq, Mehdinin (ə) guya Qumdakı bir quyudan çıxacağını bildirir. Ənsarlar İranın keçmiş prezidenti Əhməd Necatın Xorasanda bir quyunun başında ağlayaraq, Mehdini (ə) çağırmasını İblis tərəfindən tərtiblənmiş bir tamaşa-şou olduğunu söyləyirlər.
Bir sözlə, Yamani tərəfdarları şiələr arasında bu cür təbliğat aparmaqla, İrana olan etibarı xeyli zəiflətməyə müvəffəq olublar. Bu üzdən də Ettelaat imam Yamanini axtarır və məhv etməyə çalışır. Ənsarların sözlərinə görə, eyni məqsədlə İsrailın «Mossad» və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən də güclü iş aparılır. Fəqət indiyə qədər imam Yamaninin yerini müəyyən etmək mümkün olmayıb.
PS. Imam Yamani haqqında bu linklərə girməklə məlumat ala bilərsiniz:
https://www.youtube.com/watch?v=bphQAvQCTsE
http://www.ydh.com.tr/HD4330_ahmed-el-hasani-kimdir-.html
https://ahmedelhasan.wordpress.com/tag/imam-ahmed-el-hasan-a-s-kimdir-yamani-kimdir-ahmed-el-hasan-kimdir-mehdi-zuhur-etti-mehdi-aramizda/
Bəxtiyar Tünçay