“Qanuni oğrular” arasında böyük hesablaşma – Müharibə başlayır

9-06-2019, 16:36           
“Qanuni oğrular” arasında böyük hesablaşma – Müharibə başlayır
Kriminal aləmin ən ağır çəkili şəxslərinin arasındakı konflikt getdikcə böyüyür.
Söhbət "qanuni oğrular" Nadir Səlifov ("Lotu Quli") və Eduard Asatryanın ("Edik Tibilisskiy") arasındakı münaqişədən gedir.
Teref.az Lent.az-a istinadən xəbər verir ki, hər iki "qanuni oğru"unun klanları arasında ziddiyyət kəskinləşir. Kriminal aləmlə bağlı ekspert kimi tanınan Aleksandr Sidorovun (Fima Jiqanes) fikrincə, oğru aləmində gözlənilmədən müharibə başlana bilər. Onun fikrincə "qanuni oğrular" təsir sahələrinin yenidən bölüşdürülməsi üçün ciddi mübarizəyə qoşulublar.

Xatırladaq ki, "oğrular" arasında ziddiyyətlər "oğru" Besik Kvinixidzenin (Beso Rustavski) Saratov vilayətində yeni qaydalar yaratması ilə başlamışdı. "Edik Tibilisskiy" isə elan etdi ki, bu yeniliklərlə bağlı "oğrular"ın ona "bir çox suallar"ı olacaq. "Lotu Quli" isə öz növbəsində, dedi ki, Edik hələ əvvəlcə Nodari Asoyanın (Nodar Rustavsky) onu açıq şəkildə "zibil" adlandırmasına reaksiya versin sonra danışsın. Beləliklə də, Quli bəyan etdi ki, Asatryanın digərlərinin taleyini həll etmək hüququ yoxdur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.