Məmurların üstünə benzin töküb yandırmaq istədi – Nurəddin tutuldu + Video

11-07-2019, 09:54           
Məmurların üstünə benzin töküb yandırmaq istədi – Nurəddin tutuldu + Video
Növbəti qanunsuz kafenin sökülməsi Rusiyanın Sankt-Peterburq şəhərinin Əmlaka nəzarət komitəsinin (ƏNK) əməkdaşları üçün polis bölməsinə ziyarətlə başa çatıb.
Teref.az xəbər verir ki, iyulun 9-da məmurlar Cənub Sahil parkında, Doblest küçəsində yerləşən yay kafesini sökməyə başlayıblar və 47 masa, 188 stul götürüblər.

Məmurlar öz hərəkətlərinin qanuni olmasına tam arxayın olublar. 250 kvadrat metrlik ərazi şəhərə məxsusdur, icarəyə verilməyib. Lakin heç bir adı olmayan bu kafeni saxlayan fərdi sahibkar başqa cür düşünürdü.

Dövlət qurumundan verilən məlumata görə, obyekt sökülən zaman təxminən 12-15 nəfərlik dəstə kafeyə gəlib və ərazinin boşaldılmasına çalışan ƏNK əməkdaşlarına mane olmağa cəhd ediblər. “Onlar məmurları və onların qohum-əqrəbasını təhqir ediblər, fiziki güc tətbiqi ilə hədə-qorxu gəliblər, fiziki güc tətbiq ediblər”, - məlumatda deyilir.

Bundan sonra kafe sahibinin qohumu ƏNK məmularından ikisinin üstünə kanistrdən benzin töküb və yandırmaqla hədələyib. Lakin elə öz adamları onu tutub saxlayıblar.

ƏNK əməkdaşları polis çağırıblar və kafeni müdafiə edən şəxsin qanunsuz hərəkətləri ilə əlaqədar ərizə yazıblar. Qurumdan bildirilib ki, kafenin sökülməsi davam etdirilir.

Rusiya İstintaq Komitəsinin Peterburq üzrə idarəsi faktla bağlı RF Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılığın tətbiqi) maddəsi ilə cinayət işinə başlayıb.

Polis əməkdaşları 28 yaşlı Nurəddin A.-nı tutublar. Məlum olub ki, Azərbaycandan gələndən sonra o, artıq 10 ildir ki, Sankt-Peterburqda yaşayır. Nurəddin fəal şəkildə fermer təsərrüfatı ilə məşğul imiş, halal məhsul istehsal edirmiş...

Virtualaz.org













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.