Arktikada 1902-ci ilə aid qəhvə çəlləkləri aşkarlanıb - FOTO

18-10-2019, 04:38           
Arktikada 1902-ci ilə aid qəhvə çəlləkləri aşkarlanıb - FOTO
Rusiya tədqiqatçıları Arktikaya ekspedisiya zamanı qəhvə dənləri ilə yaxşı vəziyyətdə qalmış çəlləklər aşkarlayıblar.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, çəlləyin 1902-ci ildə Amerika ekspedisiyası Evelina Bolduin bazasında qoyulduğu məlum olub.

Səyahətçi-tədqiqatçı Leonid Kruqlov özünün "Instagram"dakı səhifəsində bildirib ki, Amerika ekspedisiyasının bazası Frans İosif torpağında çox yaxşı vəziyyətdə qalıb.

Kruqlov qeyd edib ki, amerikalılar yürüşə əsaslı şəkildə hazırlaşıblar. Onların tabeliyində bir neçə Arktika baza düşərgəsi, 420 Sibir iti, 15 poni və 60-dan çox xizək olub.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru