Bu bananlardan uzaq durun - SƏBƏB

16-02-2020, 09:10           
Bu bananlardan uzaq durun - SƏBƏB
Banan barədə miflər dolaşır, bəziləri deyir, o zərərlidir, radiasiyalıdır, bəziləri tərkibində zəhərli maddə var, bəziləri isə ümumiyyətlə bananın keyfiyyətsiz yetişdirilən növlərinin satışa gətirildiyini bildirir.
Teref.az medicina.az-a istinadən bildirir ki, Rusiyanın məhsulların keyfiyyətinə nəzarət qurumu banan seçimində diqqət yetirilməli məsələləri açıqlayıb.

Belə ki, üzərində sarı, tünd ləkələr olan bananları almayın. Bananın qabığı saf, kəsiksiz, bərk, hamar olmalıdır. Başqalarının digər bananları ayırararkən saplaqdan qopardığı bananları da almasanız yaxşıdır. Çünki həmin qopuq hissədən qabıq aralanır və bananın içərisinə müxtəlif lazımsız maddələr düşə bilər və o keyfiyyətini itirir.

Yaxşı bananın rəngi mat, bərabər rəngli sarı, limon rəngi və ya sarı-yaşılı rəng olmalıdır. Yaşıl, tam yetişməmiş bananları o zaman ala bilərsiniz ki, onlara dərhal yox, bir neçə gün saxlayıb yeyəcəksiniz.

Üzərində qara nöqtələr olan bananları isə çox saxlamaq olmaz. Əgər bu nöqtələr böyüyüb, qara ləkəyə çevrilərsə, o bananı atın. Qabığı bozarmış rəng alan banandan uzaq durun, onlar dondurulub və sonradan açılıb.

Bananı alarkən qabığına diqqətlə baxın. Bananı sıxdıqda o bərk olmalıdır. Ən dadlı bananlar bir qədər yumru olanlarıdır.

Keyfiyyətli bananın xoş ətri olur. Əgər meyvədən kəskin şirin qoxu gəlirsə, o çox yetişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru