Kənd əhalisi bir anda dəli oldu – ABŞ kimyəvi sınağı?..

23-02-2020, 08:42           
Kənd əhalisi bir anda dəli oldu –
Səhər yuxudan oyanan sakinlər qeyri-adi davranışlar nümayiş etdirir, hallüsinasiyalar görürdülər. Bəzi insanlar polisə müraciət edərək, kənddə əjdaha gördüklərini iddia edirdilər.

Sakinlərdən biri “mən təyyarəyəm” deyərək, özünü pəncərədən yerə atmışdı.

Bir gənc xəstəxanaya gedərək yalvarırdı ki, ürəyim yerindən çıxıb, xahiş edirəm, onu yerinə taxın.

Qabriel adlı bir şəxs isə özünün öldüyünə inanırdı.

Kult.az xəbər verir ki, hadisə 1951-ci il avqustun 16-da Fransanın Pon Sent Espri kəndində baş verib. Poçtalyon Leon Armunier illər sonra hadisəni belə xatırlayırdı:

“Dəhşətli idi. Elə bilirdim, yanaraq alovlar içində balacalaşıram. Qollarım ilana dolanmış kimi idi...”

Fransada “Lənətlənmiş çörək günü” adlandırılan hadisə zamanı 5 nəfər ölmüş, 300 nəfər ağır yaralanmış, 50 nəfər isə Psixi Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

Həkimlər xəstələrdə kütləvi hallüsinasiya ilə isteriya müşahidə etmişdi. Mütəxəssislər səbəb kimi çörəyə qatılan göbələyin keyləşdirici və hallüsinasiya yaradan təsirini göstərdilər.

İddia edildi ki, səbəbkar çörəkçi Rok Brianddır. Briandın kəndlilərə satdığı çörəklərin içərisinə qoyduğu zəhərli göbələklərin (ergot) tərkibində olan kimyəvi maddələr onların qarabasma görmələrinə səbəb olub.

Dünyada ən zəhərli göbələk kimi tanınan ergot göbələyinin tərkibində güclü narkotik təsirə malik, eyforiya hissi yaradan hallüsinogen maddələr var.

2009-cu ildə jurnalist Hank Albarelli iddia edirdi ki, ABŞ kəşfiyyat bölməsi 1951-ci ilə şəhər əhalisi üzərində LSD kimyəvi maddəsinin təcrübəsini aparıb. Albarelli məqalədə ABŞ-ın digər ölkələrdə də bənzər təcrübələr apardığı yazmışdı.

Qeyd edək ki, ABŞ kəşfiyyat idarəsi məlumatı təkzib edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.