İsveçdə hərbi sursatlar daşıyan qatar relsdən çıxıb

Bu gün, 11:38           
İsveçdə hərbi sursatlar daşıyan qatar relsdən çıxıb
İsveçdə güclü yağış səbəbindən hərbi sursatlar daşıyan qatar relsdən çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə SVT televiziyası məlumat yayıb.

İsveç Nəqliyyat Administrasiyasının mətbuat katibi Peter Yonsson qatarın bir hissəsində döyüş sursatları və litium batareyalarının olduğunu açıqlayıb.

Təhlükəli yüklər fövqəladə hal xidmətlərinə təhvil veriləcək. Bundan sonra dəymiş ziyanın daha ətraflı qiymətləndirilməsi üçün hadisə yeri təmizlənəcək.

İsveç Nəqliyyat Administrasiyasının məlumatına görə, zədələnmiş dəmir yolunun bərpası bir neçə həftə çəkə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru