AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır ?!

Bu gün, 10:16           
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -Beynəlxalq aktlar yerli “rüşvət qanunvericiliyindən” aşağıdadır ?!
AZAL-ın prezidenti vəzivəsi soydaşımız Samir Rzayevə həvalə olunub

23.07.2024-cü ildə J28632 Soçi- Bakı reysinə Soçi aeroportunun, özəlliklə AZAL-ın RF-Soçi nümayəndəliyinin korrupsiyaya uğraması sonucunda reysə buraxılmamağımıza görə dəyən ziyanı daşıyıcı AZAL 14 aydır ödəməkdən imtina edir.

Yenixeber.org: Vətəndaşı olduğumuz, Konstitusiyanın 53-cü maddəsi ilə təminat verdiyi hüquqi müdafiəmizi və himayəmizi gerçəkləşdirməyə borclu olan Azərbaycan Respublikasının nə Xarici İşlər Nazirliyi, nə RF-dəki səfirliyi, nə diasporası, nə yerli hakimiyyət orqanları- Baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi, ombudsman, məhkəmələr pozulmuş hüququmuzun müdafiəsinə çaba göstərir. Hamısı AZAL-ın qeyri-prosessual sifarişini, yəni RÜŞVƏTİNİ vətəndaşın, insanın hüququndan üstün tutur. XİN-in xaricdə- Rusiyada müvəqqəti və daimi yaşayan Azərbaycan vətəndaşlarını hüquqi müdafiə etməsi , onları himayə etməsi Konstitusiyanın özü kimi sözdən o yana keçmir. Heç sözdə də XİN-in səsi çıxmır. Halbuki biz müalicəyə getdiyimiz Rusiyada “lotuluqla” reysə buraxılmamağımızdan 2000 manat maddi ziyan çəkdiyimizi, mənəvi ziyanın ölçüyəgəlməz olmasından, Azərbaycan vətəndaşı kimi aşağılanmaqdan XİN-ə, RF-dəki səfirliyə 14 aydır şikayət edirik, ən yaxşı halda daşıyıcı AZAL-ın özbaşınalığını müdafiə edən saxta cavabını BİRCƏ DƏFƏ olduğu kimi təkrar edib. Vətəndaşın hüququ belə qorunur? Bu günlərdə Özbəkistan Respublikasının XİN-inin hətta müraciət etməyən vətəndaşının Rusiyada “qul” adlandırılmasına kəskin reaksiyası, nota verməsi Azərbaycan XİN-ə, RF-dəki səfirliyə, AZAL-ın özünə dərs olacaqmı? Çətin, AZAL sərnişinə vurulan ziyanı ödəməmək üçün 14 aydır elektron qaydada şikayətimiz əsasında araşdırma aparan Rusiya prokurorluğunu RÜŞVƏTLƏ susdurur. Vətəndaşın hüquqi müdafiəsinə, himayə olunmasına baxın, AZAL vurduğu ziyanı ödəmək yerinə, Rusiya prokurorluğuna, Azərbaycan məhkəmələrinə haqq verir, yerli prokurorluğu, ombudsmanı, XİN-i tam hərəkətsiz duruma salıb. Nəsimi məhkəməsi (h. Ramin Xəlilov) 10 aydır cavabdehin vəkili rolunda çıxış edir, heç bir müraciətimizə, AZAL-da olan sərnişin siyahısının, kamera görüntülərinin məhkəməyə təqdim edilməsi barədə vəsatətlərimizə baxmır, dövlət hesabına vəkillə təminatımızdan qərəzlə imtina edir ki, gəlirlərimiz vurulan ziyanı ödəməyə, vəkilin haqqını qarşılamağa çatar ; işin arbitrajın həllinə verilməsini özü təklif etməli olsa da, bu hüquqa da kobud qadağa qoyub, 6 aydır 6 (??) şikayətimizi apellyasiya instansiyasına göndərmir. Bəs AZAL niyə kamera görüntülərini, sərnişin siyahısını təqdim etmir, RF prokurorluğuna, yerli məhkəməyə rüşvət verib, əsas sübutları “qara qutu” kimi gizlədir? Çünki bu sübutlar əyani şəkildə gecikmədiyimizi, Soçi aeroportunun, AZAL-ın Azərbaycan vətəndaşlarına cinayətkar saxtalığını ortaya qoyur. Reysə “xidmətə” baxın, heç Bakı reysinin uçuş qapısı da lövhədə işıqlandırılmır, uçuşa miniyin başlanması elan edilmir. Bizim 1-ci və 2-ci dərəcəli əlil cütlüklər kimi hüququmuzun pozulmasını isə AZAL RF prokurorluğuna “bu barədə sənəd, məlumat verilməməsi” saxtalığı ilə izah edib. (Halbuki biz Azərbaycan Səhiyyə Nazirliyinin rəyini öncədən, RF-ninki qayıdanda təqdim etmişik) . Əlil cütlüyün birinə 31A, o birinə 38C yerlərinin verilməsini də RF prokurorluğu AZAL-ın Soçi aeroportundakı kassasının özəl “rüşvət xidməti” sayıb. Ən maraqlı rüşvət xidməti sərnişin siyahısı ilə bağlı olub. RF prokurorluğu bizim yerlərin “1944-cü il Çikaqo Konvensiyasına əsasən, ƏVƏZSİZ olaraq (“BEZVOZMEZDNO”) RF-dən DEPORT edilən Azərbaycan vətəndaşına verildiyini” Soçi aeroportundakı AZAL-ın rüşvətxorlarına istinadla bildirib. İndi 14 aydır bu deport edilən vətəndaşın nə kimliyi bildirilir, nə də hansı haqla 1-ci dərəcəli Qarabağ qazisinin qanpulusu hesabına uçmasına qiymət verilir. Axı bu AZAL-la RF prokurorluğunun NAĞILIDIR! Məhkəməyə təqdim etdiyimiz RF prokurorluğunun şikayətimizə cavabını da AZAL RF-dəki nümayəndəliyi vasitəsilə saxtalaşdırıb, prokurorluqdan “əsl” cavab alıb ki, biz uçuşa 19-20 dəqiqə yox, 14-15 dəqiqə qalmış minik qapısında olmuşuq. Sual olunur: RF prokurorluğunun cavabı bizim şikayətimizə verilibsə,

AZAL bu cavabı haradan əldə edib və RF prokurorluğuna cavabı “korrektə” etdirib? Elə bu “korrektə” sübut edir ki, RF prokurorluğu cavabını AZAL-ın rüşvəti ilə yazıb, indi isə AZAL ona rüşvətə uyğun cavab vermədiyinə görə “korrektorluq” etdirib. Lap tutaq ki, 14 dəqiqə qalmış minik qapısında olmuşuq, yəni bir dəqiqə gecikmişik. Axı cavabda yazılır ki, biz minik qapısında olanda artıq qapı bağlı olub, uçuş başa çatıb və bundan sonra bizim yerlərimiz RF-dən deport olunan Azərbaycan vətəndaşına verilib! Bu anlaşılmazlığı necə “korrektə” etmək olar, biz uçuşa gecikmişik, minik başa çatıb və yerlərimizdə əvvəlcədən başqaları oturub? (??) Axı həmin bizim yerimizdə oturan deport olunan şəxsin biz gecikən vaxtdan sonra uçağın bortunda ola bilməsi mümkündür! AZAL və RF prokurorluğu isə cinayətkar saxtalıqla bildirir ki, biz 6-46-da minik qapısına çatanda artıq minik başa çatıb, qapı bağlı olub və yerlərimiz də tutulub. (??) Elə bu anlaşılmazlığa görə də RF baş prokurorluğuna bu cavabdan şikayətimizə 8 aydır cavab yoxdur.

Bizim reysə buraxılmamığımıza görə daşıyıcının məsuliyyəti 12 oktyabr 1929-cu il tarixli Varşava Konvensiyası (1975-ci il Haaqa, 28 may 1999-cu il tarixli Monreal Konvensiyası ilə təkmilləşdirilib) ilə tənzimlənir. “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün” Konvensiyasının 22-ci maddəsinə görə, ləngimə zamanı (biz isə nəinki ləngidilmişik, heç uçuşa buraxılmamışıq) daşıyıcının məsuliyyəti hər sərnişinə münasibətdə 4150 xüsusi borcalma hüququ (yəni 4150 avroya ekvivalent valyuta) ilə məhdudlaşır.

Onu da vurğulayaq ki, sərnişinlərin ölümü halında bu məbləğ 100.000 avro təşkil edir. Yəni 25.12.2024-cü ildə Rusiyada vurulan uçaqdakı sərnişinlərin 38-inin hər birinin ailəsinə 200 min manat verilməlidir. Olayın terror olması isə əlavə ödənişlər və kompensasiya tələb edir. AZAL özü beynəlxalq sazişə uyğun bunu ödəməli, sonra RF-dən tələb etməlidir. AZAL isə beynəlxalq qanunu yox, yerli “rüşvət “qanunvericiliyini” əsas tutur.

Məğrur Bədəlsoy

TEREF olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru