İsrail Avropa ölkələrinə xəbərdarlıq etdi: “Böyük səhv edirsiniz”

Bu gün, 11:44           
İsrail Avropa ölkələrinə xəbərdarlıq etdi: “Böyük səhv edirsiniz”
İsrailin strateji məsələlər naziri Gideon Saar Qərbi Qüdsdə Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ilə görüşdən sonra keçirilən mətbuat konfransında Avropa ölkələrinə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, Saar Fələstin Dövlətini tanımağın İsraili təktərəfli qərarlar verməyə sövq edəcəyini və bunun böyük səhv olduğunu bildirib. Onun sözlərinə görə, Fransa və Böyük Britaniya kimi dövlətlər bu mövzuda yanlış mövqe sərgiləyirlər.

“Fələstin rəhbərliyi öz hərəkətləri ilə bir dövlətə layiq olmadığını göstərir. Onları dəstəkləmək reallığı görməməzlikdən gəlməkdir”, – deyə Saar vurğulayıb.

O, həmçinin Fələstin Dövlətinin tanınmasının 1993 və 1995-ci illərdə imzalanmış Oslo razılaşmalarına zidd olduğunu qeyd edib və sülhün yalnız ikitərəfli danışıqlar nəticəsində mümkün ola biləcəyini bildirib.

Təl-Əviv rəhbərliyinin Qərb ölkələrinin Fələstini tanımasına cavab olaraq İordan çayının qərb sahilinin bəzi hissələrini ilhaq edə biləcəyi ilə bağlı yayılan xəbərlərə toxunan nazir Məsələnin Baş nazir Netanyahu ilə müzakirə olunduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru