Simonyan ağır xəstəliyə tutuldu- Açıqlama verdi

Bu gün, 11:38           
Simonyan ağır xəstəliyə tutuldu- Açıqlama verdi
Rusiya televiziya aparıcısı və propaqandist Margarita Simonyan şəxsi sağlamlığı ilə bağlı narahatlıq yaradacaq açıqlama verib.

Musavat.com xəbər verir ki, Simonyan bildirib ki, ötən həftə ona “çox ağır xəstəlik” diaqnozu qoyulub, lakin təfsilatları açıqlamayıb.

O, əlavə edib ki, sabah əməliyyat olunacaq, lakin buna baxmayaraq tədbirə qatılıb:

“Patriarx dedi ki, mən döyüşçüyəm. Mən gəldim ki, evdə yaxınlarını gözləyən anaları, həyat yoldaşlarını, bacıları, qızları dəstəkləyim. Həmçinin cəbhədə olan əsgərlərin yaxınları və bütün yaxınlarının sağlamlığı uğrunda mübarizə aparanları dəstəkləmək üçün gəldim”, – deyə Simonyan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru