Atillanın Avstriyadakı heykəli
Bu gün, 11:54

Hun-Türk imperatoru Atillanın Avstriyadakı heykəli bütünlüklə onun xarakteri və yaşadığı dövrün rəmzlərini əks etdirir. Atilla sol əlində məşhur qılıncını, sağ əlində isə Həyat çiçəyi tutur. Türk ikonoqrafik duruşu əks olunur. Marsın qılıncı əfsanəsinin Atilla ilə batıya yayılmasına inanılır. Belə hesab edilir ki, Atilla bu qılınca sahib olub və bu səbəbdən ona Tanrının qırmancı və ya Tanrının qılıncı deyilir.

Hunlar və Göy Türklər Mars və Antaresə xüsusi əhəmiyyət verirdilər. Döyüş zamanlarında bu iki savaş ulduzuna və qılınc üstünə And içirdilər.
Atillanın başının ətrafı ataları kimi bir bez bantla sarılmışdır. Saçlar uzun və arxadan yığılmışdır. Döş qəfəsinin üzərində günəş ikonoqrafiyası təsvir edilib. Hun və Göy Türk xaqanları taxta çıxtıqlarında günəş və aydan Kut alırdı və bunlara hörmət göstərirdi. Oğuz xaqan "Günəş bayrağımız olsun" deyərək günəşə özəl bir anlam yükləmişdir.
Ərlik kəməri əlbəttə unudulmayıb. Hun-Türk kəmərləri və toqqaları onların rütbə işarələridir. Çəkməsi və çarıqı Orta Asiyaya xasdır.
Arxadakı sancaqlar da Qurd-Əjdaha ağızlı Hun Türk sancaqlarıdır. Bayraq adı verilir və bu şəkildə kargı ucuna taxılır. Kargının ucunda bir də Türk hilalı diqqəti çəkir.
Nuray Bilgili