Şuşanı təslim edən iki general: biri minaları təmizləyib, biri silahları çıxarıb – ŞOK!

15-05-2020, 17:36           
Şuşanı təslim edən iki general:
Miq.az xəbər verir ki, 811 saylı Laçın Əlahiddə Dağ Atıcı Alayının sabiq qərargah rəisi Rafiq Nağıyev Şuşanın işğalı barədə açıqlamasında maraqlı faktlar qeyd edib.

Sabiq qərargah rəisi baş verənləri belə təsvir edib:

Rafiq Nağıyev

“07 may 1992 ci il saat 19:00-da Şuşada müşavirə vaxtı Bakıdan Baş Əməliyyat İdarəsinin rəis müavini polkovnik -leytenant Məmməd Beydullayev zəng edərək Elbrus Orucova əmr edir ki, 8 mayda səhər tezdən Qırmızı Xaç Cəmiyyətindən Şuşaya nümayəndə gələcək, təcili olaraq yoldakı minaları çıxarıb, döyüş texnikalarının gizlədin. Əmr yerinə yetirilir. 7 may 1992- ci il gecə saat 23:00-da rabitəçi Zülfüqar İsmayılov ermənilərin səhər tezdən Şuşaya hücum edəcəkləri barədə danışığını tutur və aidiyyatı üzrə Orucova məruzə edir.
Səhərə yaxın 3-4 radələrində Xankəndi istiqamətindən ermənilər Şuşaya artilleriya hazırlığı keçirlər. Yuxudan oyanan 777-nin komandiri E.Məmmədov deyir ki, axşam verilən əmrə görə hücum olacağına inanmadım. Elbrus Orucov və MN-nin səlahiyyətli nümayəndəsi M.Cahangirov heç bir əhəmiyyət kəsb etməyən, 25 km uzaqda yerləşən Kosalar kəndinə gedirlər.”-deyə Rafiq Nağıyev bildirir.

Sabiq qərargah rəisi Rafiq Nağıyevin açıqlamasına görə, Laçın Alayından gələn qüvvələr 09:30-da Daşaltı istiqamətdən bağlı olan Şuşa-Laçın yolunu ermənilərdən təmizləyərək yolu açırlar və idarə olunmayan mövqe döyüşləri aparılar:

“8 may saat 11-ə kimi Şuşa şəhərinin ətrafında nizamsız, idarə olunmayan mövqe döyüşləri aparılır. Saat 11-də komandanlıq şəhərə qayıdır. 13.00-dək ermənilər bir neçə dəfə cəhd etsələr də, itki verib geri çəkilirlər. Rabitəçi Zülfüqar ermənilərin danışdığını tutur. Hücum edən qüvvələr mərkəzə xəbər verirlər ki, itkimiz çoxdur, Şuşaya girə bilmirik, geri çəkilirik. Mərkəzdən onlara deyilir ki, bir az da dayanın, sizinlə döyüşən könüllülərdir. Batalyon komandiri T.Oğuz tar sexi ərazisində şəhid olur. 13.00-dan sonra “Zapravka” adlanan ərazisində ancaq Laçın polisinin döyüşçüləri və Şamil Basayevin 4 nəfər döyüşçüsü döyüşür. Şəhərdə gedən döyüşlər idarə olunmur. Şəhər 17.00-dək könüllü döyüşənlərin qəhrəmanlığı sayəsində müdafiə edilir. 17.00- da əmrə əsasən, hərbi texnikalar şəhərdən çıxarılır. 19.00-da yenə də əmrə əsasən, canlı qüvvələr şəhərdən çıxarılır. Əmrə tabe olmayan 80 nəfərə yaxın döyüşçü qalıb döyüşür, gecəyə qədər müqavimət göstərir və sonrakı taleləri naməlum qalaraq qəhrəmancasına şəhid olurlar. Bu yazı məhkəmədə sübutunu tapmış həqiqətlərin çox cüzi bir hissəsidir” – deyə deyə Rafiq Nağıyev açqlamasında bildirir.

Gecə saat 02.45: Şuşanın işğal gecəsi: “Hücum vaxtını Radist Zülfüqar müəyyən etmişdi”

Laçın alayının komandiri olmuş polkovnik Arif Paşa isə Şuşaya hücumun dəqiq vaxtinın radist Zülfüqar tərəfindən müəyyən edildiyini bildirir:


Arif Paşa

“Hücumun dəqiq vaxtının müəyyən olunmasına baxmayaraq, nəinki zəruri qabaqlayıcı tədbirlər görülməmiş, hətta elementar müdafiə hərəkətləri belə edilməmişdi. Hərbi hissələrin müdafiə mövqeyinə çıxarılması, hərbi hissələr arasında xəbərləşmə və koordinasiya – idarəetmə prosesinin təşkil olunması, minalanma işlərinin aparilması, Şuşaya gələn yolda minasızlaşdırıldığı bəlli olan ərazidə minaların yenidən düzülməsi və həmin ərazinin nəzarətə götürülməsi kimi ilkin tədbirlər belə görülməmiş, əksinə hərbi hissələr post – patrul xidməti səviyyəsində gündəlik və adi rejimdə “otboy” komandası almışlar. Yüzlərlə döyüşçü hücümun dəqiq vaxtı məlum olduğu halda, məzuniyyətə buraxılmış, avtomat silahların nişangahları “naməlum şəraitdə” çıxarılmış, tank əleyhinə əl qumbaraatanlarının özü bir yerə, mərmiləri tamamilə başqa yerə yığılmışdı…”-deyə keçmiş komandir Arif Paşa bildirir.

Arif Paşanın qeyd edir ki, hücum məhz bəlli olan vaxtda başlamış və hazırlıqsız vəziyyətdə olan döyüşçülər arasında xaos yaranmışdı: “Hücum başlayandan təqribən 15 dəqiqə sonra polkovnik-leytenant Elbrus Orucov 82 mm-lik minaatan (minomyot) batareyasını da özüylə götürərək Kosalar kəndinə getmişdı. Bu, hərbi əməliyyat baxımından daha vacib olan və əsas zərbə istiqamətində yerləşən Şuşa səhərini həm də minaatanların atəşlə müdafiəsindən məhrum etmək demək idi… Həmin gecə Şuşada vəziyyət belə idi…”- deyə Arif Paşa qeyd edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.