“Azərbaycan həmişə bütün dinlərə qarşı loyal olub” - Kərəm Məmmədli

17-07-2020, 20:03           
“Azərbaycan həmişə bütün dinlərə qarşı loyal olub” - Kərəm Məmmədli
Təxminən 150 ildir ki, Bakının mərkəzində, N. Rəfibəyli küçəsi 27-də erməni kilsəsi varlığını qorumaqdadır.

“Qriqori Lusavoriç” erməni kilsəsi 1871-ci ildə inşa olunub. Binanın arxitektoru məşhur rəssam Otto Qustavoviçin qardaşı, Bakı quberniyasının və şəhərin arxitektoru K.Qippius olub. Qippius ilk dəfə Tallində müqəddəs Karl kilsəsini tikib. Bakıda erməni kilsəsi onun ikinci işi olub. 1873-cü ildə erməni kilsəsinin həyətində kilsə məktəbi və kitabxana da inşa edilib.

2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Mərkəzi Şəhər Kitabxanası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilmişdir və onun bazasında Prezident Kitabxanası yaradılmışdır. Həmin vaxtdan etibarən erməni kilsəsi də Prezident Kitabxanasının nəzarətindədir. Hazırda Erməni kilsəsində Prezident Kitabxanasının fondunda olan nadir erməni ədəbiyyatı fondu və depozitar fond saxlanılır.

Ermənilər bizdən fərqli olaraq işğal etdikləri torpaqlarımızda yerləşən ibadət yerlərimizi olduğu kimi saxlamırlar. Onları ya dağıdır, ya da öz məqsədləri üçün istifadə edirlər. Kilsənin Azərbaycanda olması normaldır. Lakin onun erməni adı ilə adlandırılması və “erməni kilsəsi” - deyə təqdim olunması insanda bəzi suallar doğurur.

Həmin kilsənin adı dəyişdirilib muzey və ya digər mədəni mərkəz kimi istifadə edilə bilərmi?

Milli Məclisin deputatı Fazil Mustafa Cebhe. info-ya açıqlamasında deyib ki, “Qriqori” kilsəsinin mövcudluğu Azərbaycanın beynəxalq aləmə humanist mövqeyini bəyan etmək üçün bir dəlildir:

“Həmin kilsəyə toxunmaq lazım deyil. Bilirsiz, ermənilər vəhşilik edir və dağıdır. Bu aydın məsələdir. Həmin kilsənin Azərbaycanda mövcudluğu bizim əlimizdə mədəni komponentimizi dünyaya göstərmək üçün vacib amillərdən biridir. Bir və ya iki məscidin artması ilə heç nə dəyişməyəcək. Türkiyə Aya Sofyanı muzeydən məscidə çevirdi. Lakin o vəziyyət bir az fərqli idi. Aya Sofyada tarixi ənənə var idi. Osmanlı dövründə bu kilsə məscid olmuşdu. Sonra Atatürk müəyyən beynəlxalq ictimaiyyətin təsiri ilə Aya Sofyanı muzeyə çevirdi. İndi də oranı həm ibadətə açıq qoyublar, həm də ibadətdənkənar vaxtı müzey kimi istifadə olunacaq. Yəni tam şəkildə ibadət yeri kimi etmədilər. Bu abidə Türkiyənin Ortadoks dünyası ilə müəyyən mənada bölüşə bilmədiyi bir dəyərdir. Bu sırf siyasi məsələ idi. Azərbaycanda isə bunları multikultural dəyər kimi təqdim edirik. Azərbaycanda sineqoqlar fəaliyyət göstərir, kiləsələr, məscidlər, provaslar və katolik kilsələri var. Biz o qədər mədəni xalqıq ki, düşmənliyə baxmayaraq insanların inanc yerlərinə toxunmuruq. Lakin vəhşi ermənilər bizim əksimizə olaraq inanc yerlərinə toxunurlar. Bu kilsə bizim əlimizdə həm də bir təbliğat məsələsidir. Hər bir faktora uzagörən siyasətlə yanaşmaq lazımdır. Yəni o kilsədə onsuz da erməni ibadət etmir. Fikrimcə, toxunmaq doğru deyil. O kilsəni kitabxana və ya başqa modeldə qoruyub saxlamaq doğrudur. Eyni zamanda inanc yeri kimi qalmalıdır ki, Azərbaycanın başqa inanclara sayqı ilə yanaşdığını sübut etmək olsun”.

Millət vəkili kilsənin adının dəyişdirilməsi fikrinə də münasibət bildirib:

“Kilsənin adını dəyişdirmək məsələsinə gəldikdə isə onun adını nə istəyirsən qoy. Lakin reallıq budur ki, XIX əsrdə burada yaşayan erməni icmasının inşa etdyi bir kilsədir. Biz onun adını dəyişməklə nə isə qazanmırıq. Əksinə erməni kilsəsi kimi təqdim etməklə dünya ictimaiyyətinin diqqətini öz hümanist mövqeyimizə çəkə bilərik. Ermənilər Göy məscidi saxlayıblar. Lakin orada elə ermənilərin özünə oxşayan İran mollaları namaz qılır. Ona görə də həmin abidələr bizim olsa da, ermənilər onu dəyişiblər. Bunun dünyaya bəyan etmək üçün də “Qriqori” kilsəsi saxlanılmalıdır”.

Məsələyə münasibət bildirən tarixçi alim Kərəm Məmmədli isə deyib ki, ermənilər din etibarı ilə xristian da deyillər:

“Azərbaycan həmişə bütün dinlərə qarşı loyal olub. Mən Azərbaycan dövlətinin sələflərindən də misal gətirə bilərəm. Xəzər xaqanlığı buna bariz nümunədir. Həmin xaqanlığın məhkəmə sistemində 2 xristian, 2 müsəlman, 2 yahudi, 2 nəfər isə əski inanclara inanan hakim olardı. Yəni məhkəmədə hər inancdan eyni sayda nümayəndə olardı. Kilsənin ermənisi, gürcüsü və digəri olmur. İbadət evi olaraq kilsə də, sinaqoq da, məscid də adlandırmaq olar. Onu ən azından muzeyə çevirmək olar. Ora ibadət yeri kimi istifadə edilmir. Biz vandal ermənilərdən fərqli olaraq dini yerlərdən təssərrüfat binası kimi istifadə etmirik. Hazırda kitabxana kimi istifadə edilir. İbadət yerlərinin ayrı adlarla adlandırılması doğru deyil. Məsələn, erməni kilsəsi, ləzgi məscidi kimi ifadələr var. Əgər bütün müsəlmanlar məscidlərdə ibadət edirlərsə, məscidə xüsusi ad verməyə nə ehtiyac var?”.

Kərəm Məmmədov bildirib ki, sözügedən kilsənin adı dəyişdirilib Monofizit kilsəsi qoyula bilər:

“Bizim erməni kilsəsi deməyimizin səbəbi var. Təəssüf ki, dünya ictimaiyyəti hələ də qəbul edə bilmir ki, ermənilər 451-ci ildə kafir kimi xristian kilsəsindən qovulublar. Bu qovulma “Kalxedon kilsə Məsclisi”nin qərarına əsasən, baş verib. Ermənilər hələ də dünya ictimaiyyətinin gözlərinə kül üfürüb özlərini xristian kimi təqdim edirlər. Onlar əslində, xristian deyillər. Onların boyunlarındakı xaç da xristianlıq rəmzi deyil. Xristianlıqda əjdaha və ilan obrazları pis ruhlar, bəd qüvvələrdir. Amma erməni katalikosunun əlindəki əsası əjdaha formasındadır. Bu necə xristian olur? Xristianlıqda monofizitlik və diafizitlik var. Yəni İsanı Allahən oğlu kimi qəbul edənlər var. Peyğəmbər kimi qəbul edənlər var. Bir də müqəddəs ata, oğlu və ruha inanlar var. Ermənilər İsanın özünü Allah sayırdılar. Bu isə küfrdür. Oan görə də erməniləri o vaxt kilsədən qovdular. Bakıdakı həmin kilsənin adını dəyişib monofizit kilsə də qoymaq olar. Ermənilərin “fərasəti” ondan ibarətdir ki, onlar ayrı-ayrı xalqların dinini, əlifbasını və bütünlüklə mədəniyyətini oğurlayırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.